"İşğalçı ölkənin atəşkəsi pozmaq cəhdləri qınanmalıdır"

21:18 12-07-2020 | icon 397 | Qarabağ
"İşğalçı ölkənin atəşkəsi pozmaq cəhdləri qınanmalıdır"

Qənirə Paşayeva: "Həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməlidir"

 

"Cəbhədə baş vermiş hadisə düşmən təxribatı ilə başlayıb, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub və hərbçilərimiz bu təxribata layiqli cavab verərək, düşməni geri oturdub".


Versus.Az xəbər verir ki, bunu cəbhədə baş verənlərlə bağlı açıqlamasında Milli Məclisin Tovuzdan olan deputatı Qənirə Paşayeva deyib.


Rəsmi məlumata görə, iki əsgərimizin şəhid olduğunu, beş yaralımızın olduğunu vurğulayan millət vəkili Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyib, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bütövlükdə xalqımıza baş sağlığı verib, yaralılarımıza acil şəfalar diləyib.


Q.Paşayeva rayon rəhbərliyi ilə əlaqə saxladığını da qeyd edib:


"Hadisə baş verdiyi andan, rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmləri, digər əlaqədar qurum və quruluşlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən, informasiya cəbhəsində də təxribatlarla məşğuldur. Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər. İtki verən düşmən geri oturdulub".


Q.Paşayevanın fikrincə, hazırkı dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır:

 

"Nəzərə alsaq ki, indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar!

Bir daha, şəhidlərimizə Tanrıdan rəhmət, yaralı hərbçilərimizə şəfalar dilərkən, əhalimizi şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıram. Tovuzda insanlarımız ordumuzun yanındadır. Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib qəhrəman övladlar böyütdüyünüz üçün qarşınızda baş əyirik deyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əksik etməyin. Allah onları qorusun".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR