"Onların təqaüdə 65 yox, 55 yaşında çıxarılmalarını təklif edirəm"

13:51 13-07-2020 | icon 1197 | Cəmiyyət
"Onların təqaüdə 65 yox, 55 yaşında çıxarılmalarını təklif edirəm"

Əməkdar jurnalistdən şəhid ailələri ilə bağlı TƏKLİF

 

Əməkdar jurnalist Rəhman Orxan şəhid ailəsinin üzvlərilə bağlı təklif irəli sürüb.

 

Versus.Az xəbər verir ki, o, Modern.az vasitəsilə səsləndirdiyi təklifi bu cür əsaslandırıb:

 


“Şəhid analarının və ərləri şəhid olan qadınların TƏQAÜDə 65 yox, 55 yaşında çıxarılmalarını təklif edirəm - iş stajından asılı olmayaraq! 

Məgər onların dərdi-qəmi azdırmı ki, hələ bir 65 yaşına kimi də işləyib, təqaüdə çıxmalarını gözləsinlər? Onsuz da ömürlük dərd-qəm onları elə 50-55 yaşında da əyəcək, qocaldacaq (təəssüf ki, çoxları bəlkə heç o yaşa da çata bilməyəcəklər). Şəhid anasını və şəhid xanımını əlavə olaraq 10 il də işləməyə məcbur etmək düzgün deyil. Onların ailə, övlad-nəvə qayğıları, problemləri də az olmur axı.

Onu da unutmayaq ki, indi bəyənmədiyimiz sovetlərin dövründə qadınlar təqaüdə 50-55 yaşında çıxırdılar”. 

Jurnalist bildirib ki, qadınların 65 yaşda təqaüdə çıxması ilə bağlı ədalətsiz qayda ümumiyyətlə ləğv edilsə, yaxşı olar.

“İnanmaq istərdim ki, ölkə rəhbərliyi növbəti humanist addım ataraq, bu mühüm məsələnin tezliklə həllinə nail olacaqdır.

Bu, həm də, az da olsa, işsizliyin müəyyən qədər azadıllmasında, qadınların işlə təminində mühüm rol oynaya bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...