Rəhim Qazıyev Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi - BƏYANAT

16:23 13-07-2020 | icon 1554 | Cəmiyyət
Rəhim Qazıyev Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi - BƏYANAT

"Xalqımızı Ali baş komandanın ətrafında sıx birləşməyə çağırırıq"

 

"Məsuliyyətsiz davranışları və çıxışları ilə hər zaman təxribatçı mövqe tutan, müstəqil dövlətçiliyimizə zidd qüvvələrin marağı ilə hərəkət edən, Şuşanın və Laçının işğalında birbaşa əli olan Rəhim Qazıyev tərəfindən Laçın alayının ləğv edilməsi məğlubiyyətimizin əsas başlanğıcı oldu".

 

Versus.Az xəbər verir ki, bu barədə Laçın qazilərinin bəyanatında bildirilir.

 

Bəyanatda deyilir:

"Ermənistanla sərhəddə, Tovuzda qanlı döyüşlərin getdiyi, şəhidlər verdiyimiz bir vaxtda onun yenidən fəallaşıb, təhrikçiliyə əl atması, adamları özbaşınalığa, itaətsizliyə çağırması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Müdafiə naziri olduğu 11 bir ay ərzində Rəhim Qazıyevin hansı “bacarığın” sahibi olduğunu görmüşük. Torpaqlarımızın itirilməsində birbaşa əli olan bu səriştəsiz və məsuliyyətsiz adamın çıxışları bizi əsəbiləşdirir. O, Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi. İndi isə etdiyi çıxışlara sadəcə bir sözümüz var - Ayıbdır!

 

Biz döyüşçülər xalqımızı, insanlarımızı Ali baş komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq. Torpaqlarımızın azadlığı, doğma yurdlarımıza qayıdışımız ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında mümkündür. Biz bu günü gözləyir və zəfər qazanacağımıza əminik.

Var olsun dövlətimiz, var olsun Azərbaycan ordusu!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...