"DADP ötən gecə yürüşün sonunda baş verən təxribatı qınayır"

14:53 15-07-2020 | icon 332 | Siyasət
"DADP ötən gecə yürüşün sonunda baş verən təxribatı qınayır"

Əlisahib Hüseynov: "Erməni mediasının əlinə əsla fürsət vermək olmaz!"

 

"Ötən gecə insanlarımız böyük ruh yüksəkliyi ilə, birlik hissi ilə Ordumuza, əsgərimizə dəstək nümayişinə çıxmışdılar. "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim qalacaq" kimi şüarların səsləndirildiyi bu yürüş ordu ilə xalqın, vətəndaşla dövlətin həmrəyliyinin, birliyinin nümayişi demək idi. Yürüşə qatılan vətəndaşlarla polislər arasında da qarşılıqlı hörmət və anlayış hiss olunurdu. Polislər yürüşə maneçilik törədə biləcək heç bir hərəkətə yol vermirdilər. Çünki dərk edirdilər ki, bu Qarabağımız üçün, ordumuza dəstək üçün nəzərdə tutulan könüllü aksiyadır, milli həmrəylik aksiyasıdır. İnsanlarımız həm də şəhid general-mayorumuzun ruhuna sayğı nümayiş etdirmək üçün yığışmışdılar. Şübhəsiz ki, vətənpərvər insanlarımız Orduya dəstək şüarlarını səsləndirdikdən və şəhidlərimiz üçün dualar etdikdən sonra dağılışıb evlərinə gedəcəkdilər. Ancaq çox təəssüf ki, biz bunun tamamilə əksinə olan mənzərələrə şahid olduq".

 
 
Versus.Az xəbər verir ki, bunu ötən gecə yürüş zamanı baş verənlərlə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Bir qrup təxribatçıların sanki bu dinc yürüşü qəsdən vətəndaşlarla polislər arasında qarşıdurmaya çevirməyi və ortalığı qarışdırmağı qarşılarına məqsəd qoyduqlarını vurğulayan partiya sədri qeyd edib ki, onlar orduya dəstək şüarları əvəzinə təxribatçı şüarlar səsləndirməyə, insanları anarxiyaya, zorakılığa yönləndiriblər:
 
"Sonda isə həmin təxribatçılar azğınlaşaraq necə deyərlər, bütün qırmızı xəttləri keçdilər, Milli Məclisin qapılarını qırdılar, qanunsuz olaraq içəri daxil oldular. Bu adamlar MM-nin foyesində hər şeyi qırıb dağıtmağa, insanları dağıdıcılığa təhrik edirdilər. Nəticədə polis prosesə müdaxilə etməli oldu, güc tətbiq etdi və özbaşınalığın, qanunsuz davranışların qarşısını aldı.
 
Kaş ki, bu möhtəşəm aksiyanın sonu belə bitməzdi. Mən Milli Məclisə girənlərin öz içimizdən olan erməni xislətlilər, milli dönüklər olmasına əsla şübhə etmirəm. Onlar bu təxribata yol verməklə ölkəmizə, millətimizə zərbə vurdular, ordumuza qarşı pislik etdilər. MM-ə girənlər, polis maşınını aşıranlar məhz bu niyyətlə ora yığışmışdılar. Onların yürüşə heç bir aidiyyatları yox idi. Onlar çalışırdılar ki, ermənilər Azərbaycan xalqının öz dövləti ilə birlik, həmrəylik görüntülərini yox, qaragüruhun yaratdığı iğtişaşları görsünlər. Düşmən mətbuatına və sosial şəbəkə fəallarına da elə bu lazım idi. Ermənistan mətbuatı bu xoşagəlməz görüntüləri dərhal tirajlamağa və ölkəmizin əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə başladı.
 
Bu cür möhtəşəm aksiyanı belə bir acınacaqlı sonluqla yekunlaşdırmağa çalışmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Lakin biz toplum olaraq indiki mürəkkəb vəziyyətdə çox ayıq-sayıq olmalıyıq. Belə təxribatlara uymaq lazım deyil. Əlbəttə, hər dövrün etirazçısı da, təxribatçı ünsürləri də olacaqdır. Ancaq biz onlara fürsət verməməliyik. Bugün birlik olmaq zamanıdır. Birlik göstərməliyik düşmənə qarşı! Erməni mediasının əlinə əsla fürsət vermək olmaz!"
 
 
Ə.Hüseynov bildirib ki, provakasiyalara uyub erməni mətbuatının manşetlərində yer almaq olmaz:
 
"Belə bir həssas məqamda ölkədə siyasi çaxnaşma salmaq istəyən təxribatçıları yerində oturtmalıyıq. Eyni zamanda ermənilərin sərhəddəki, cəbhədəki təxribatlarını dünyaya yaymalıyıq. Hər birimiz başa düşməliyik ki, bu gün bu ölkəni təkcə əsgərlər qorumur. Biz də informasiya müharibəsinin fəal əsgərləri olmalıyıq.
 
Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq ötən gecə yürüşün sonunda baş verən təxribatı sərt şəkildə qınayır və yürüşə çıxan vətənpərvər insanlarımızın xoş məramını, orduya dəstək niyyətini yanlış istiqamətlərə yönəltməyə çalışan xainlərin, satqınların tapılıb qanunun bütün gücüylə cəzalandırılmasını istəyirik. Bütün DADP-çılər Ordumuzun düşmənə cavab zərbələrini yüksək qiymətləndirir və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyirlər.
 
Biz bütün azərbaycanlıları birliyə, həmrəyliyə çağırırıq və hesab edirik ki, indi “Biz birlikdə güclüyük!” şüarının məzmununu, fəlsəfəsini sözdə deyil, əməldə nümayiş etdirməyimizin tam zamanıdır".
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı