Təxribatçı səs yazısını yayan tapıldı - erməni imiş - VİDEO

15:34 15-07-2020 | icon 473 | Hadisə
Təxribatçı səs yazısını yayan tapıldı - erməni imiş - VİDEO

Bu şəkildə və videoda görünən şəxs əsl ermənidir.

 

Bu səs ötən gün "Whatsapp" mesencerində sürətlə yayılırdı.

 

İndi də təqdim olunan videoya diqqətlə baxın!

 

İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.

 

Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.

 

Bir az təcrübəsiz və təlaşa meyilli adam, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.

 

Əslində isə adıçəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb. 

 

Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. "Artist"in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.

 

Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.

 

Müharibədir, ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

 

Düşmən göz önündədir və o, bur cür "artistlikləri" yaxşı bacarır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı