“Neftçi” 22 yaşlı yarımmüdafiəçini transfer etdi - VİDEO
08:40 17-07-2020
|
729 |
İdman
“Neftçi” klubu daha bir futbolçu transferini rəsmiləşdirib.
Versus.Az klubun rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ilk klubu “Lions” (Nigeriya) olan Yusuf Laval 2017 - 2020-ci illər ərzində Belçikanın “Lokeren” klubunun heyətində 22 oyun keçirib.