“ABŞ polisi soydaşlarımızı qoruya bilmədi”

14:31 23-07-2020 | icon 329 | Siyasət
“ABŞ polisi soydaşlarımızı qoruya bilmədi”

“Mən ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqlə görüşdüm. Görüşdə Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandalizm aktı müzakirə olundu. Bildirdim ki, erməni icmasının 3000-ə yaxın üzvü Azərbaycan icmasının dəfələrlə az, 50-yə yaxın üzvünə Los-Ancelesdə hücum edib, xəsarətlər yetirib” .

 

Versus.Az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə baş verən hadisələrdə polis tam olaraq Azərbaycan icmasının nümayəndələrinin və baş konsulluğun toxunulmazlığını qoruya bilməyib:

“Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri də etiraf etdi. Bildirdi ki, polis tərəfindən araşdırmalar başlanılıb, baş verən təxribata görə səbəbkar olan insanlar məsuliyyətə cəlb olunacaq.

Bu təxribatın törədilməsinə görə hüquqi qiymət veriləcək. Bu cür görüşlərimiz digər ölkələrin nümayəndəlikləri ilə də aparılacaq”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR