“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”

09:45 24-07-2020 | icon 664 | Siyasət
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”

Könül İsmayılova: “Dünya dövlətləri xaricdə vətəndaşlarımıza qarşı olan zorakılığa bu dəfə də kor olacaqsa...”

 

“Günahsız insanlarımıza qarşı təxribat hazırlayan, zorakılıq edən ermənilər hüquqi müstəvidə cəzalarını almalıdırlar. Amma burdan soydaşlarımıza səslənirəm ki, gəlin biz eyni vəhşiliyi etməyək. Çünkü bu çarə deyil”.

 

Bu sözləri Versus.Az-a xaricdə erməni vətəndaşların təxribatına, zorakılığına məruz qalan dinc aksiyaçılarımızın düşdükləri vəziyyətdən narahat olan Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

 

Siyasətçi xanım erməni vandallarının qan donduran bu addımını təkrarlamağın bizə heç nə qazandırmayacağını vurğulayıb:

 

“Bu günlərdə erməni vandalizmi dünyanın dörd bir yanında vəhşiliklərindən qalmırlar. Dünya da gördü ki, Belçikada Azərbaycan səfirliyinun qarşısında şərəfsiz ermənilərlə bizimkilər arasında insident yaşanıb. Düşmən öz təxribatlarından əl çəkmək istəmir. Jurnalistimiz - “Real tv”-nin əməkdaşı Xatirə Sərdarqızı da digər həmvətənlərimiz kimi döyülüb, xəsarət alıb. Qəriblikdə yaşayan əziz həmvətənlərimiz, dualarımız sizinlədir”.

 

Könül İsmayılova vurğuladı ki, bütün dünya görür ki, ASALA yazılı köynəkləri geyinib günahsız Azərbaycan gənclərini vəhşicəsinə döyənlər erməni gənclərdir:

 

“Dünya dövlətləri özlərini bu dəfə də korluğa qoya bilməzlər. Çox istərdim ki, bizim xaricdə yaşayan gənclərimiz düşmən təxribatlarına uyub eyni vandallıqla düşmənə cavab verməsinlər. Qarabağ müharibəsi Azərbaycandadır, o ölkələrdə deyil. Biz bu torpaqlarda düşmənlərimizlə döyüşməliyik. Zatən beynəlxalq təşkilatlara da bir bəhanə lazımdır ki, Azərbaycanı günahkar çıxarsın. Gəlin onlara fürsət verməyək”.

 

MMP sədr müavini bildirib ki, ermənilərin həmvətənlərimizə qarşı vandallığını görmək hamımız üçün çətindir. Amma yaxşı olardı ki, heç kəs hisslərinə və emosiyalarına qapılmasın:

 

“Bu məqamda eyniləşmək ucalmaq demək deyil. Bildiyimiz kimi, Avropa ölkələrində hər şey həmşə hüquqi müstəvidə təhlil edilib, həll edilir. Odur ki, kənardan qızışdırıcı, təhrikedici hərəkətlərə uymayın. Ən yaxşı taktika budur ki, yaşadığınız ölkədə sizə qarşı olan bu cür zorakılıq halları olsa xəstəxanalara gedib tibbi raporlar alaraq, hüquq mühafizə orqanlarına yaxınlaşıb hüquqi müstəvidə həll yolu axtarın. Bundan sonrası isə Xarici İşlər Nazirliyi, səfirliklər və hüquq mühafizə orqanlarının işidir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR