"Prezidentin dediyi kimi, problemləri ona çatdırmırdılar"

10:14 24-07-2020 | icon 337 | Siyasət
"Prezidentin dediyi kimi, problemləri ona çatdırmırdılar"

Fuad Əliyev: "Yəqin ki, gələcəkdə dövlət başçısının iştirakı ilə də görüşlər olacaq"

 

İyulun 21-də Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb. Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.

 

Versus.Az xəbər verir ki, belə görüşlərin davamlı olacağı və yaxın zamanlarda ölkə müxalifətinin təmsilçiləri ilə də keçirilə biləcəyi barədə fikirlər formalaşıb.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev belə görüşlərə müsbət baxdığını vurğulayıb:

 

“Prezident Administrasiyasında kadr dəyişikliyindən sonra bu görüşlərə start verilib. Siyasi partiyalar və qanunvericilik şöbəsinin müdiri ilə başlayan görüşlərdən sonra Prezident Administrasiyasının digər vəzifəli şəxsləri də görüşlərə başladılar. Son görüş dövlət başçısının köməkçisinin ictimaiyyət nümayəndələri ilə görüşü oldu".

 

Partiya sədri bildirib ki, keçirilən bu görüşlər Azərbaycan üçün yenilikdir:

 

"Ölkə başçısının özünün dediyi kimi, cəmiyyətdə olan problemləri ona çatdırmırdılar. İndi isə bizimlə görüşdə səslənən problemləri birbaşa ona məruzə edirlər. Biz görürük ki, bəzi problemlər öz həllini tapır. Yəqin ki, gələcəkdə dövlət başçısının iştirakı ilə də görüşlər olacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR