"Sevinc Osmanqızı kimilər kimliklərini itirmişlərdir"

10:24 28-07-2020 | icon 520 | Siyasət
"Sevinc Osmanqızı kimilər kimliklərini itirmişlərdir"

Fuad Əliyev: "Bu qız üçün atasının ruhu dəyərli olsaydı, ermənipərəst mövqedən çıxış etməzdi"

 

"Ermənistanın Tovuzda təxribatlar törətdiyi, eyni zamanda ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda ABŞ-da yaşayan azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına haqq qazandırması ilə Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb".

 

Versus.Az xəbər verir ki, bunu Sevinc Osmanqızının bu cür anti-azərbaycanlı mövqeyinə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
 
 
Partiyasədri bildirib ki, şəhid övladına hörmət etmək lazımdır, amma görünür bu, ABŞ-ı özünə vətən hesab edib, antiAzərbaycan təbliğatı aparan Sevincə aid deyil:
 
 
"Bu adam çoxdan yaddaşlardan şəhid övladı kimi silinib. Ona görə ki, bu torpaqda şəhid olub, Şəhidlər Xiyabanında dəfn olunan atasının ruhu o qız üçün dəyərsizdir. Dəyərli olsaydı, ermənipərəst mövqedən çıxış etməzdi. Bilirsiz, hakimiyyətdən, onun başında oturan şəxsdən, komandasından narazı qalmaq olar, amma dövlətdən, bayraqdan, xalqdan narazı qalmaq olmaz, onlardan incimək olmaz".
 
 
ABŞ-da və Avropada sığınacaq tapan Sevinc Osmanqızı kimilərinin bu ağır günlərdə belə xalqımızı aşağılayan fikirlər səsləndirməkdən qalmadıqlarını vurğulayan F.Əliyev qeyd edib ki, atası Osman Mirzəyev qızının aşağıladığı Azərbaycan torpağında uyuyur:
 
 
"Hansı ki, bütün şəhidlərin məzarı bizim üçün müqəddəs yerdir. Sevinc bunları dərk etmirsə, ermənidən betər bizim üçün təhlükəli bir varlıqdır. Onun ermənipərəst mövqedən çıxış etməsinin əsas səbəbləri nədir sualına cavab tapmaq o qədər də çətin deyil. İnsan vətənpərvərlik hissini itiribsə, xalqına, dövlətinə sədaqəti, məhəbəti qalmayıbsa, o heç vaxt bizim birimiz ola bilməz. Sevinc kimilər kimliklərini itirmişlərdir. Azərbaycanlılar xaricdə orduya dəstək, şəhidlərimizə hörmət, ehtiram, düşmənə nifrət prinsiplərini əsas tutaraq aksiyalar keçiriblər. Sevinc kimilər isə ermənilərin tərəfindən çıxış edərək azərbaycanlıların birlik aksiyasını aşağılamaq cəhdindədirlər. Bunun bir adı var – Vətən satqınları! Bunlar Azərbaycan xalqına və dövlətinə qarşı çıxıblar. Bu satqınlar hər dəfə bir fürsət tapıb dövlət və milli maraqlarımızı satıblar”.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR