Qənirə Paşayeva Tovuzun kəndlərində yaşayan bu ailələrə bayram sovqatı göndərib

09:29 02-08-2020 | icon 675 | Cəmiyyət
Qənirə Paşayeva Tovuzun kəndlərində yaşayan bu ailələrə bayram sovqatı göndərib

"Prezident və vitse-prezidentin maddi vəziyyəti çox çətin olan ailələrə diqqət və qayğısı böyük örnəkdir"

 

Millət vəkili Qənirə Paşayeva ön cəbhə rayonu olan Tovuz rayonunda ön cəbhə kəndləri başda olmaqla bir çox kəndlərdə şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını, fiziki imkanları məhdud şəxsləri və maddi imkanları çox aşağı olan ailələri Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatı təqdim edilib.

 

Versus.Az xəbər verir ki, "cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, fiziki imkanları məhdud insanlarımıza, maddi vəziyyəti çox çətin olan ailələrə qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir"- deyən Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

 

"Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsidir. Hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq".

 

Millət vəkili sakinlərin qayğıları ilə də maraqlanıb.

Q.Paşayeva bayram günlərində onlayn şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib.

Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda həllini tapıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı