Avropa Liqasında 1/8 final mərhələsi başa çatır

10:27 06-08-2020 | icon 734 | İdman
Avropa Liqasında 1/8 final mərhələsi başa çatır

Futbol azarkeşlərinin çoxdan gözlədiyi avrokubok qarşılaşmaları ötən gündən etibarən start götürüb.

 

Versus.Az xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində dörd qarşılaşma keçirilib.

 

Bu gün isə daha dörd oyun keçiriləcək və 1/4 finalın bütün cütlükləri bəlli olacaq.

 

Bərpa olunan mövsümün ilk iki qarşılaşması eyni hesabla başa çatıb – 3:0.

 

Belə ki, ilk qarşılaşmada doğma meydanda qazanılmış bir topluq üstünlük (1:0) olsa da, hazırkı Türkiyə çempionu “Başakşehir” “Kopenhagen” səddini keçə bilməyib. Evində “Şaxtyor”a ilk matçda 1:2 hesabı ilə uduzan “Volfsburq”da Ukraynada böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib.

 

Gecənin oyunlarında isə, xəbər verdiyimiz kimi, “İnter” və “Mançester Yunayted” növbəti mərhələyə adlayıblar. “İnter” “Hetafe”dən, “Mançester Yunayted” isə LASK-dan üstün olub.

 

Avropa Liqasında həyəcan bu gün keçiriləcək dörd matçla davam edəcək:

21:55 “Bayer” (Leverkuzen, Almaniya) - “Reyncers” (Şotlandiya) (ilk oyunun nəticəsi - 3:1)

21:55 “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) (Matç Almaniyanın Duysburq şəhərində keçiriləcək. İlk oyun oynanılmayıb və cütlüyün taleyi bir oyunda həll ediləcək)

00:00 “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya) (ilk oyunun nəticəsi - 3:0)

00:00 “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) (ilk oyunun nəticəsi - 1:1) /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR