Qazandığımız zəfərdən sonra aparılan ÇİRKİN OYUNLAR

19:00 29-08-2023 | icon 1068 | Siyasət
Qazandığımız zəfərdən sonra aparılan ÇİRKİN OYUNLAR

Ramil Hüseynov: “İddiaları təsir imkanları sıfara bərabər xəyanətkar təfəkkürdən formalaşıb”

 

“İllərdir erməni separatizminə dəstək verən Rusiyanın müəyyən dairələri iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmaq üçün kifayət qədər çalışıb və bu istiqamətdə real addımlar atıblar. Bu gün də həmin çalışmalar davam edir”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində “Talış-Muğan respublikasının yaradılmasının 30 illiyi” ilə bağlı keçirilən separatçı tədbirlə bağlı açıqlamasında bildirib.

 

 

R.Hüseynov qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra aparılan bu çirkin oyunlar dünya ictimaiyyətinə, ümumilikdə bəşəriyyətə tam aydın oldu və o siyasi cərəyanın təsiretmə mexanizmi minumuma endirildi:

 

“Rusiyanın bəzi dairələri ciddi-cəhdlə Azərbaycan-Rusiya münasibətlərinə, rəsmi müttəfiqlik münasibətlərinə kölgə salmaq üçün qeyri-rəsmi müstəvidə çalışır. Dövlət olaraq bu proseslərin arxasında olmadığını göstərməyə, yaxud gizlətməyə çalışır. Amma siyasi dairələr bu cür manipulyativ addımların hardan qaynaqlandığını çox gözəl bilirlər”.

 

R.Hüseynov hesab edir ki, qondarma respublika iddiası heç bir zaman ölkə daxilində ciddiyə alınmayan, təsir imkanları sıfara bərabər xəyanətkar təfəkkurdən formalaşıb və heç bir siyasi dəstək qazanmayıb:

 

“Xaricdə Azərbaycanın siyasi dayaqlarını zəiflətmək istəyində olan, siyasi maraqların alətinə çevrilən quvvələrə sadəcə yazıqlar olsun. Öz dövlətinə xəyanət etmək öz ailəsinə nəslinə-kökünə xəyanət etməkdir. Cənub zonası həmişə bu prinsiplərlə yaşayıb, öz xalqına dövlətinə sadiqliyini yüksək qabiliyyəti ilə göstərib. Kimlərsə buna cəhd edə bilər, amma heç biri alınmayacaq”

 

R.Hüseynov həm də cənub bölgəsinin bir nümayəndəsi olaraq bəyan edib ki, belə bir istəkdə olanlar öz şəhidlərinə hörmətsuzlik edir və buna görə bağışlanmayacaqlar:

 

“Heç kimə uymayın, kimlərinsə siyasi oyunlarının yanında olmayın. Dövlətin, xalqın çiçəklənməsi, inkşafı, güclənməsi, bütövləşməsi, böyuməsi üçün çalışmaq ən şərəfli işdir. Bu şərəfi, ləyaqəti nümayiş etdirmək hər bir vətəndaşın namus borcudur”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…