"Ölkələrimiz əməkdaşlığı və müttəfiqliyi dərinləşdirməkdə maraqlıdır"

19:00 12-08-2020 | icon 572 | Siyasət
"Ölkələrimiz əməkdaşlığı və müttəfiqliyi dərinləşdirməkdə maraqlıdır"

Əlisahib Hüseynov: "Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi daha da genişlənəcək"

 

"Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun xaricə ilk rəsmi səfərinə məhz Türkiyə Respublikasından başlaması tamamilə təbii və gözlənilən idi. Bu, iki qardaş ölkə arasında yazılmamış diplomatik-siyasi qaydalardan, normalardan biridir. Türkiyə və Azərbaycan rəhbərlərinin, XİN başçılarının ilk rəsmi səfərlərini bir qayda olaraq Bakı və Ankaradan başlamaları bu iki ölkənin bir-birinə nə dərəcədə yüksək dəyər, öncəlik verməsinin təzahürüdür".

 
 
Versus.Az xəbər verir ki, bunu şərhində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
XİN rəhbərlərinin bu görüşündə iki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edildiyini vurğulayan DADP sədri qeyd edib ki, Azərbaycanla Türkiyə bundan sonra da əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməkdə maraqlıdır. Onun sözlərinə görə, Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi bundan sonra daha da genişlənəcək:
 
 
 
"Nazir Ceyhun Bayramovun Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi xüsusi olaraq qeyd etməsi tam yerinə düşdü.
 
Görüşdən sonra keçirilən mətbuat üçün brifinqdə çıxışı zamanı Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə tənqid etməsi bu görüşün əsas məqamlarından biri oldu. Nazir bildirdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”. Bu haqlı iraddır. Minsk qrupu “status-kvo”nun davam etməsində Ermənistana yardımçı olmaq mövqeyindən əl çəkməlidir. Əks halda, Azərbaycan həmsədrlik institutunun səmərəsiz xidmətindən, vasitəçiliyindən imtina edə və ya onun tərkibinin yenilənməsi təşəbbüsü ilə çıxış edə bilər. Rəsmi Bakı Türkiyənin də həmsədr olmasında maraqlıdır. Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal “dalan” vəziyyətindən çıxacaq və proseslərin dinamikası artacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının dəyişdirilməsi və Türkiyənin dövrəyə daxil olması digər həmsədr ölkələrin də Qarabağ məsələsinə münasibətinin kökündən dəyişməsinə təkan verəcək. Mövlud Çavuşoğlu bu mövqeyi ilə demək istəyirdi ki, Qarabağla bağlı səmərəsiz və nəticəsiz danışıqlar dövrü artıq bitmiş sayılır. Bundan sonra sözdən işə keçmək lazımdır".
 
Əlisahib Hüseynov vurğulayıb ki, Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi isə bu iki ölkənin hər zaman bütün məsələlərdə bir-birinin haqq işini dəstəkləyəcəklərinin təsdiqi və zəmanəti idi. "Bizim gücümüz həqiqətən də birliyimizə söykənir"- deyə, partiya sədri bildirib.
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR