“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

19:50 12-08-2020 | icon 2113 | Cəmiyyət
“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

Əlövsət Əliyev: "Qardaş ölkənin ikitərəfli yaxınlaşmaya xidmət edən müraciətinə beləmi baxılmalıdır?

 

"Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, azərbaycanlı həmkarı ilə görüşdə belə deyib: "Vizaları ləğv etdik. Amma bu, kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar.Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”. Nazir Ceyhun Bayramovun bu məsələyə münasibətini isə tapa bilmədik".

 

 
Versus.Az xəbər verir ki, bunu özünün "facebook" səhifəsində hüquqşünas Əlövsət Əliyev yazıb.

 

Əlövsət Əliyev vurğulayıb ki, əslində Azərbaycanın şəxsiyyət vəsiqələri ilə xaricə getmək mümkündür. Hüquqşünas qeyd edib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamənin 1.3. bəndinə görə xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər:

 

"Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun hazırlanıb, elektron daşıyıcıya (çip) malikdir. Həmin çipdə vətəndaşın əsas anket məlumatlarından əlavə valideynlərinin, həyat yoldaşının, uşaqlarının soyadı, adı və elektron imzası da yerləşdirilir. Bu, həm də o deməkdir ki, şəxsiyyət vəsiqələrindəki məlumatlar maşınla oxunur və beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər".

 

Ə.Əliyev onu da bildirib ki, Azərbaycanın şəxsiyyət vəsiqəsi blanklarının bir ədədi Ukrayna vətəndaşları ücün hazırlanan şəxsiyyət vəsiqəsi blankından iki dəfə, Gürcüstan vətəndaşları üçün hazırlanan şəxsiyyət vəsiqəsi blankından isə 3 dəfə baha qiymətə hazırlanıb:

 

"Belə olan halda bizim vətəndaşların Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək hüquqları niyə təmin olunmur? Belə baha qiymətə həmin vəsiqələrin hazırlanmasına nə ehtiyac var idi? Qardaş ölkənin ikitərəfli yaxınlaşmaya xidmət edən müraciətinə beləmi baxılmalıdır? Nazirin ilk səfərini alqışlayan mətbuat belə ciddi məsələləri nə üçün arxa plana keçirir? Türkiyə tərəfinin təklifinə bu vaxta kimi cavab verilməməsi də yəqin Elmar Məmmədyarovun ayağına yazılacaq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...