UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində növbəti oyun baş tutub.
Almaniyanın “Leyptsiq” klubu İspaniyanın “Atletiko”su ilə üz-üzə gəlib. Nəticədə almanlar 2:1 hesablı qələbə ilə yarımfinala adlayıblar.
Hesabı 50-ci dəqiqədə “Leyptsiq”in futbolçusu Dani Olmo açıb.
71-ci dəqiqədə “Atletiko” hesabı bərabərləşdirib.
Sonuncu dəqiqələrdə Tayler Adams “Leyptsiq”i yenidən önə çıxarıb.
“Leyptsiq” yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq.