Əsrlərlə yaşayacaq sənətkar - MÜSLÜM MAQOMAYEV

21:09 17-08-2020 | icon 776 | Mədəniyyət
Əsrlərlə yaşayacaq sənətkar - MÜSLÜM MAQOMAYEV

Yaşasaydı, bu gün 78 yaşı sağlığındakı kimi qeyd olunacaqdı

 

Əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayev 17 avqust 1942-ci ildə anadan olub. Həyatda olsaydı, bu gün onun 78 yaşı sağlığındakı kimi qeyd olunacaqdı.

 

Bizim nəslimiz bu istedadlı opera və estrada mahnılarının ifaçısı, həmçinin, möhtəşəm mahnıların müəllifinin böyük uğurlarının şahidi olaraq böyüdü...

 

Bu gün böyük sənətkarın bir çox pərəstişkarları, dost və tanışları, Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya, Musiqi və Mədəniyyət İrsi Fondunun qurucusu Araz Ağalarov ənənvi olaraq Voznesensky Prospektində toplaşdılar.

 

Müslüm Maqomayevin xatirəsi çoxmillətlidir. Görkəmli sənətkar, dünyanın ən yaxşı baritonlarından biri hələ sağlığında ən qiymətli mükafatı - dünya dinləyicilərinin dəyərini və sevgisini qazanmışdır. Maestronun repertuarına 600-dən çox əsər daxildir. Lakin Müslüm Maqomayevin sənətə verdiyi bütün töhfəni dəyərləndirmək mümkün deyil - musiqiçinin irsi əbədi olaraq gələcək nəsillərə hədiyyə olaraq qalacaq.

 

Vəfatından neçə il keçməsindən asılı olmayaraq, bu gözəl müğənni və insanın pərəstişkarı olan hər kəs sevgini əsrlər boyu gələcəyə ötürəcək.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”