"Dövlətimizin yanında olmalıyıq"
Hamımız dövlətimizin yanında olmalıyıq və ölkəmizi qarışdırmaq istəyən xarici və daxili qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik.
Versus.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Gəncə hadisələrinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, çox ağır hadisədir:
“Gədəbəyə gedirik. Yolda eşitdiyim bu hadisədən bir çoxları kimi çox üzüldüm. Bu oyunları quranlar, icra edənlər, təxribatçılar qanunla ciddi cəzalandırılmalıdır. Şəhid polislərimizə Allahdan rəhmət, əzizlərinə səbir diləyirik”.
Xəbər lenti
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB
Dövlətin ekspert qruplarının işi davam edir