"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

17:49 11-07-2018 | icon 479 | Cəmiyyət
"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

“Gəncədə bir qrup "dindar"ın qanunsuz aksiyasının qarşısını almaq, sabitliyi qoruyan polislərimizdən ikisinin qətlə yetirilməsi Azərbaycanda sabitliyin pozulması və insanlar arasında qorxu, təşvişin yaradılmasına xidmət edir”.



Versus.Az xəbər verir ki, bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) baş redaktoru Cavid Şahverdiyev deyib. Bildirib ki, bu ssenari din altında pərdələnən bir neçə şəxsə xaricdən hazırlanıb:
 
 
“Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi bu ssenarinin bir hissəsidir. Dünən radikallar iki polis zabitimizi qətlə yetirərərk ssenarinin digər hissəsini həyata keçirdilər. Polisimizin həmin radikalların qarşısına əliyalın, silahsız çıxması dövlətin qanunlara riayət etməyən vətəndaşlarına belə humanizminin göstəricisidir. Lakin silahsız polislərimizin qətlə yetirilməsi heç bir insanlığa sığmayan haldır, özü də "dindar"lar tərəfindən. Bu hadisə bütün Azərbaycanı təəccübləndirib, təəssüfləndirib. "İnanc" sahibi onu qoruyan polisini qətlə yetirib. Nəyə görə?”.
 


C.Şahverdiyev onu da əlavə edib ki, polislərimizi qətlə yetirən hər iki şəxs radikal dini qruplaşmanın üzvüdürlər:
 
 
"Azərbaycanda belə qruplaşmaların fəaliyyəti mümkünsüz olduğundan çox güman ki, onlar kənarda təlim keçib Azərbaycana ezam ediliblər. Məqsəd qanunsuz aksiyalarda iştirak etməklə qarşıdurma yaratmağa cəhdlər göstərməkdir. İki polis zabitimizi qətlə yetirmək bütöv cəmiyyətimizə qarşı törədilən terror hadisəsidir. Kənardan Azərbaycana ezam ediləcək belə dindarların sayı az deyil. Amma hüquq-mühafizə orqanlarımız və güc strukturlarımız həmişə ölkəmizin təhlükəsizliyini qoruyublar və bundan sonra da qorumaq gücündədirlər. Bütün Azərbaycan vətəndaşları həmin orqanlarla həmrəy olmalıdır".


QHT sədri vurğulayıb ki, ölkədə qarşıdurma yaratmaqda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı dövlətlə həmrəydir. Radikallar heç bir zaman Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər:
 
 
“Azərbaycan qorunur, onun dövləti, dövlətçiliyi və mərd övladları var. Ölkəmizi, dövlətimizi, sabitliyimizi, gələcəyimizi qorumalıyıq. Dini radikalizm və terrora qarşı birləşməliyik. Bu işdə hamımız həmrəy, mübariz olmalıyıq. Radikalların Gəncədə qan tökməsi heç birimizdə təşviş yaratmamalıdır, dövlətimizin gücünü göstərməliyik. Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq, imkan verməməliyik ki, Azərbaycanda sabitlik, əmin-amanlılıq pozulsun. Azərbaycanımızı, vətənimizi, torpağımızı, millətimizi qorumaq naminə şəhid olmaqdan qürur duymalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR