Yardımlıda küp qəbirlər tapılıb - FOTO

12:01 27-08-2020 | icon 852 | Araşdırma
Yardımlıda küp qəbirlər tapılıb - FOTO

Yardımlı rayonunda antik dövrə aid maddi-mədəniyyət nümunələri tapılıb. 

 

Versus.Az xəbər verir ki, keçən il rayonun Urakəran kənd sakini öz pay torpağında təsərrüfat işləri aparan zaman saxsı əşyalar aşkarlayıb.

 

Kənd ziyalıları və yerli icra nümayəndəliyinin müdaxiləsindən sonra təsərrüfat işləri dayandırılıb. AMEA AEİ-nin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli həmin əraziyə baxış keçirib və kəşfiyyat işlərindən sonra zəngin maddi-mədəniyyət nümunələrinin olması nəzərə alınaraq tədqiqatların aparılmasına ehtiyac duyulub. Nəticədə bu ayın ortalarından etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urakəran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb. Belə ki, 4 fərqli sahədə yoxlama qazıntıları aparılıb və küp qəbirlər aşkar olunub. Tapılan küp qəbirlərə Azərbaycanın müxtəlif yerlərində rast gəlinsə də, bu ərazidəki quruluş və dəfn adəti fərqlidir. Təxminən 2000 il yaşı olan küp qəbirlərin özəlliyi ondan ibarətdir ki, küp dikinə və nisbətən maili vəziyyətdə qoyulub, eləcə də yer səthinə yaxın hissədə ağzı iri qapaqlarla örtülüb.

 

Ekspedisiya rəhbəri Ceyhun Eminli müsahibəsində bu cür küplərin bütöv halda aşkar olunmasını çox nadir hal kimi qiymətləndirib. Onun sözlərinə görə, digər maraqlı məqam dəfn küplərində bəzək əşyalarının içərisinə Roma təsiriylə düşmüş maddi-mədəniyyət nümunələrinin olmasıdır:

 

“Misal üçün şüşə muncuqlar və müəyyən bəzək əşyalarıdır ki, Romanın təsiri burada hiss olunur. Təsir o mənada ki, müəyyən ticarət əlaqələri ilə həmin əşyalar bu əraziyə düşüb. Küp qəbirlərlə yanaşı ərazidə iri daşlarla örtülmüş qəbirlər də var, kifayət qədər geniş ərazini əhatə edən qəbirlərdir. Bəzi nümunələrdən görünür ki, daş örtüklü qəbirlərin yarısı öz dövründə talan olunub. Bir çox qablar qırıq vəziyyətdə qəbir kamerasından, onun əhatə elədiyi yerdən kənara atılıb. Daş örtüklü bu qəbirlərin tədqiqatı hələ davam edir. Bu barədə daha ətraflı fikir söyləmək çətindir. Amma göründüyü kimi buradakı qəbir kamerası üzərinə 0.5-1 ton və daha çox çəkisi olan daşlardan örtüklər qoyulub. Bu qəbirlər küp qəbirlərdən nisbətən qədimdir və bu onu göstərir ki, ərazidə 200-400 ili əhatə edən davamlı yaşayış olub.”

 

Qeyd edək ki, tədqiqatlar sentyabrın ortalarına qədər davam edəcək. Tapıntılar plana salındıqdan, foto, sənədləşmə və çöl işləri bitəndən sonra tədqiqatlar kameral və laborator şəraitdə davam edəcək. Maddi-mədəniyyət nümunələri bərpadan sonra rayon diyarşünaslıq muzeyinə və respublikanın aparıcı muzeylərinə təhvil veriləcək. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...