MƏDDAHlığın QƏHRƏMANlıq kimi sırınması

11:01 28-08-2020 | icon 4079 | Köşə
MƏDDAHlığın QƏHRƏMANlıq kimi sırınması

RamizSEVƏRLƏR, SiyavuşSEVƏRLƏR və daha-daha kimSEVƏRLƏR

ARZU ZEYNALLI

 

Ramiz Mehdiyev və onun komandası getməli idi, gedir. İctmaiətin müzakirəsinə çıxaılmasının nə anlamı vardı? Amac - sadə insanların içlərindəki kini püskürdərək yatırtmaq idisə, müşahidələr tam əksini göstərir, yəni püsküən heç də sadə vətəndaşlar deyil...

 

Bu, açıq-aydın hakimiyyətdaxili mübarizədir. Olmazmı getməsi lazım gələnlər sadəcə yola salınsın?! Sosial şəbəkədə də maşallah olsun, RamizSEVƏRLƏR, SiyavuşSEVƏRLƏR və daha kimSEVƏRLƏR peyda olub...

 

Hakimiyyətdə də, müxalifətdə də ikiyə, hətta üç-dördə bölünmələri hardasa anlamaq olur, siyasi mübarizə ya, ondan...

 

Anlamadığım, hətta adi sosial şəbəkə istifadəçilərinin - hansıki heç çoxları dəqiq bilmir ki, bəhsə-bəhs yazılan statuslarda adları çəkilənlər kimlərdir, hansı vəzifənin sahibləridir - iki yerə bölünmələridir. Özü də elə mübahisə edirlər ki, sanki gedənlərin yerinə bunları, yaxud bunların qohumlarını gətirəcəklər...

 

Və bütün bunlar da o anlama gəlir ki, pandemiya dövründə karantin qaydalarından boğaza yığılan qismin aşıb-daşan səbr kasasının bu tip mövzularla səbbi mükəmməlcə alınır.

 

Yəni, hakimiyyətdən endirilənlərin endirilməsi vaxtı çatdı və endrilir, bunun necə deyərlər, “qara camaata” nə dəxli? Ay başına dönüm, sən sosial problemlərini qabart, haqqını tələb et, güzaranının yaxşılaşmasını tələb et, səni incidən məmurlardan şikayət et, karantinin səni aclığa sürükləməsindən danış, işğalda qalan torpaqlarını geri istə, əsir-girovunun qaytarılmasını istə, axı hakimiyyətdə “5-ci kolon” falan kimi çəkişmələrdən sənə nə?! Ramiz Mehdiyev getsin, yerinə Mehdi Ramizov gəlsin, səninçün nə fərq edəcək?!

 

Bunlar bir tərəfə, bizim sadəcə düşərgə olaraq müxalifət sayılanlarımız hakimiyyətdən beşbetər qatır bu camaatın başını. ÖLKƏ MÜXALİFƏTİNİN müzakirə predmetinə baxın – Ramiz Mehdiyev müxalifətə keçsə... Lap tutaq ki, Ramiz Mehdiyev yaşının bu vaxtında sizinlə məzələnmək istədi, hansısa bir adda partiya yaradıb, ona gəlişinizi gözlədi. Ki, çoxunuzun ondan yana olduğu məlum! Ümidsizliyin saman çöpünə ehtiyacı bəlli bir şey, amma bu qədər də yox, cənablar! Və Ramiz Mehdiyev Əli İnsanov ola bilməz, fikrimcə, heç olmaq da istəməz.

 

Beləcə... Əslində isə müzakirə ediləsi mövzularımız Azərbaycan-Türkiyə hərbi birliyinin yaradılması, Rusiyanın rəsmi şəxslərinin ölkəmizdə qarşılanma törənləri, Lavrovun nazirimizlə görüşdəki iddiaları, Şoyqunun “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimi bəhanəsi ilə Bakıya səfəri, uzadılan karantin qaydalarından aclığa sürüklənənlər, icra nümayəndəliklərindəki özbaşınalıqlar, mənzil tikinti şirkətlərindəki fırıldaqlar, tədrisin onlaynlaşmasının təhsilə vurduğu zərərlər, hətta hökumət adamlarının belə sağlıqlarını etibar etmədikləri səhiyyəmiz və daha nələr-nələr olmalıdır...

 

P.S: Hələ ki, məddahlığın qəhrəmanlıq kimi sırınmasını izləyirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı