"Jurnalist karyeranızda uğurlar diləyirəm"

19:02 20-07-2018 | icon 89 | KİV
"Jurnalist karyeranızda uğurlar diləyirəm"

 

"Sizi çox dəyərli peşə bayramınız - 22 iyul Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir və uca Allahdan hər birinizə jurnalist karyeranızda uğurlar diləyirəm".

 

Versus.Az-ın məlumatına görə, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Mətbuat Günü ilə bağlı jurnalistlərə təbrikində bildirib. Təbrikdə deyilir:

 

"Hörmətli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, əziz jurnalist dostlarım!

Heç kimə sirr deyil ki, bugünki Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli varisidir və sizlər də ulu sələflərimiz Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin, Məhəmməd ağa Şahtaxtlının, Ömər Faiq Nemanzadənin, Əhməd bəy Ağaoğlunun müasir davamçılarısınız.

 

Təmsilçisi olduğunuz milli mətbuatımızın keçib gəldiyi yola nəzər salanda qürur duymamaq mümkün deyil. 143 il əvvəl, 22 iyulda "Əkinçi" qəzetinin nəşri ilə başlayan bu tarix əslində hər bir azərbaycanlı üçün əlamətdardır. "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız çox çətin və şərəfli yol keçərək, ağır sınaqlarla üzləşərək bu günə gəlib çatıb və bu gün bu əlamətdar tarixin dövlət səviyyəsində qeyd olunması artıq bir ənənəyə çevrilib. Həsən bəy Zərdabi həqiqətən də dahi şəxsiyyətdir. Onun ayağı milli mətbuatımız üçün necə deyərlər, sayalı oldu, düşərli oldu. Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən "Əkinçi" 19-cu əsrin qaranlıq mühitində təkcə Azərbaycan oxucusunun yox, bütün Türk və İslam dünyasının insanlarının beyninə və qəlbinə maarifçilik, vətənpərvərlik və işıqlı gələcəyə inam toxumu səpdi. "Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı get-gedə çoxaldı və nəhayət, "Molla Nəsrəddin" kimi bənzərsiz bir jurnal yaranıb bütün Şərqə nur saçdı. Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları indi hər birimizdə fəxr hissi doğurur.

 

Sevindirici haldır ki, bu gün də jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara sadiq qalan, onun maarifçilik yolunu ləyaqətlə davam etdirən jurnalistlərimiz var. Mən jurnalistlərlə dostluğumdan qürur duyur və onlarla ünsiyyətdən bəhrələnirəm. Dərin erudisiyaya, intellektual baqaja və kamil şəxsiyyətə malik jurnalistlərimiz, köşə yazarlarımız var ki, onlarla ünsiyyətdə olmaq, həmsöhbət olmaq həqiqətən də çox xoşdur.

 

Hörmətli mətbuat nümayəndələri!

Peşəniz həqiqətən də qibtə olunası, qürur duyulası peşədir. Mən bu sözləri gəlişigözəl, pafoslu sözlər kimi yox, bütün səmimiyyətimlə deyirəm. Və qarşıdan gələn bu əziz gününüzün verdiyi fürsətdən istifadə edərək sizə həm də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sizi sadəcə təbrik etmək kifayət deyil. Siz həm də təşəkkürə layiqsiniz! Çünki boynumuzda haqqınız, zəhmətiniz var. Odur ki, həm Azərbaycanın informasiya cəbhəsindəki fədakarlığınıza görə, həm də partiyamızın fəaliyyətini mütəmadi işıqlandırdığınıza görə hər birinizə təşəkkür edirəm!

Peşə gününüz mübarək olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

Bu məhkumlarla bağlı qanun dəyişir

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ