Bu 10 cümləni o adamlara deməsinlər...

09:10 02-09-2020 | icon 3794 | Köşə
Bu 10 cümləni o adamlara deməsinlər...

Ömrümüz boyu bunları doğru saymışıq


TAMİLLA QULAMİ

 

Üzgünlüklə izləyirəm... Az qala hər ailədə və ya tanıdığım kiminsə xərçəng xəstəsi var...

 
 
Bütün xəstələrə şəfa diləyirəm. Bütün xəstəliklərin insanlardan uzaq olmasını diləyirəm. Xərçəng xəstələriylə davranış qaydası ilə bağlıdır yazım... Çox pis şəkildə yayılmış, az qala qripi də keçən bu xəstəliklə bağlı...
Ətrafınızda (uzaq olsun) tanıdıqlarınız kimdəsə, kiminsə ətrafındasa bu xəstəliklə savaşanlar varsa, lütfən kopyalayıb yollayın...
 
 
Bu hisslərin, bu münasibətin nə demək olduğunu bildiyim üçün psixoloji olaraq, həm xəstəyə, həm yaxınlarına yaxşı gələcəyi qənaətindəyəm... Belə ki, yazacağım bu 10 cümləni o adamlara deməsinlər... Hansı ki, ömrümüz boyu bunları doğru saymışıq...
 
 
 
1. "Ötən günlərdən birində televiziyada xərçəng xəstələri üçün bir dərman reklam edirdilər, gərək səninçün yoxlayaq"
 
- Hər duyduğumuz, gördüyümüz bilgiləri xəstəmizə demək, onun daha çox narahat olub əsəbləşməsinə nədən ola bilir. Ordan-burdan eşitdiyimiz sözlərlə xəstəmizin kafasını qarışdırmaq yerinə aldığı müalicə yönündə onu dəstəkləmək daha faydalı və məqsədəuyğundur.
 
 
2. "Narahat olma, onsuz da indiki zamanda hər 3 nəfərdən 2-si xərçəngdir."
 
-Ümumiləşdirmə etməkdən qaçmalıyıq. Xəstəmizin durumunu ciddiyə almadığımızı düşünəcəyi sözlər sərf etməməliyik. Xəstəmiz bütün bunların onu ovutmaq üçün dediyimizi və yalan olduğunu qəbul etməyə başlayacaq. Zatən insanın bircə yalanını hiss edəndə ona qarşı inam azalır və hər sözündə yalan axtarmağa başlayırıq.
 
 
3. "Mənim də tanıdığım bir nəfərdə bu xəstəlik var idi, amma səninki fərqlidir, tez sağalacaqsan."
 
- Xərçəng xəstəliyi hər xəstədə fərqlidi, sizin də onu sakitləşdirmək üçün dediyinizi hiss edib, ona zəif xarakterli olduğunu hiss etdirdiyiniz düşüncəsinə düşər.
 
 
4. "Görürsən, sənə nə qədər deyirdim ki, siqaret çəkib içki içmə."
 
- Xəstəliyini ilk öyrənəndə xəstə yaxınları səbəbini axtarmağa çalışır. Anlayıram, bəzən özümüzdən asılı olmadan belə olur. Amma bu heç də hər zaman sakitləşdirici hisslər bəxş etmir. Bundan da əlavə, ən əsası xəstədə günahkarlıq duyğusu oyandıran və onu yarğılayan sözlər demiş oluruq. Bəzən də öz suç payımız olarkən bundan qaçmağa çalışırıq. Amma unutmaq lazım deyil ki, suçlu ya suçsuz axtarmaqla heç nə qazanmaq olmur.
 
 
5. Kimyaterapi alarkən saçlar tökülür və xəstəmizin narahat olduğunu görüb, üzülmə, saçların yenə uzanacaq kimi sözlər deyirik. -Əslində bu cümlə də təsəlli üçündür amma olmaz.
 
- Xəstəlik müalicəsi zamanı yaşanan fiziki dəyişikliklərlə bağlı yorumlar yapmaqdan qaçmaq lazımdır, ancaq xəstəmizin bu barədə sıxıntısını dilə gətirdiyində onu dinləyib, onu rahatlaşdıran sözlər deyə bilərik.
 
 
6. "Dərmanlarını içmisən, məncə unutmusan? Dəfələrlə "özünü necə hiss edirsən?" - deməyin.
 
- Dərmanlarla bağlı çalışıb özümüz xəstəmizin xəbəri olmadan izləmə etməliyik. Dərmanların içmə qaydaları, dozalarından ibarət kağız yazıb mətbəxdə soyuducunun üzərinə yapışdırmaq lazımdır. Adət və adi hala çevirməliyik. Xəstəmiz üçün təbii, narahat olduğumuz üçün üzərlərinə artıqlamasıyla düşərik. Xəstəmizin müalicəsinə və baxımına çalışıb bezdirmədən və hiss etdirməməyə çalışaraq diqqət etməliyik ki, özünü heç sanmasın.
 
 
7. "Güclü olmağa çalış, hər şey yaxşı olacaq, narahat olma."
 
- Xərçənglə mübarizə aparan yaxınımızın hər zaman güclü ola bilməsi mümkün olmaya bilər. Bunun üçün də müalicə müddətində çətinləşdiyi anların, ağrı-acıların olacağını qəbul etdirmək, özünü gücsüz hiss etdiyində yanında ola bilmək ona çox xoş olar. Çalışıb özüylə də xeyli zarafat edin, yüksək əhval-ruhiyyə çox gözəl təsir edir.
 
 
8. "Səni çox yaxşı anlayıram."
 
- Xərçəng xəstəsinin nələr hiss etdiyini tam olaraq heç birimiz bilə bilmərik. Bunu söyləmək yerinə istədiyi zaman xəstəmizi dinləyə biləcəyimizi, onun bizi heç bir zaman bezdirmədiyini ifadə etmək onun üçün yetərli olacaq.
 
 
9. "Yaxşı şeylər düşün, stressdən uzaq ol"
 
- Xəstəmizin hər zaman olumlu düşünməsi mümkün deyil. Onun kefini pozan nələrdisə, onu araşdırıb daha gözəl şeylərə təşviq etməliyik. Bu ona çox faydalı olacaq.
 
 
10. “Sən xəstəsən, yat, dincəl, biz bütün işləri görəcəyik, narahat olma."
 
- Xəstəmizin yerinə hər şeyi etmə çabası onların özgüvənlərini və öz yaşamları üzərindəki kontrollarını zədələyə bilər. Bunun yerinə ehtiyacı olduqlarında bizdən dəstək ala biləcəyinə əmin olması və özünü yaxşı hiss etdiyi zamanlarda öz işləriylə özünün uğraşması mənəvi tərəfdən ona çox olumlu təsir edə bilər və özgüvənini özünə qaytarar. Gün ərzində də mütləq şəkildə 2 saat təmiz hava almalıdır.
 
 
Bu dünyadan köçənlərimizin ruhu şad olsun deyirəm.
 
 
...Tezliklə bütün xəstələr şəfa bulsun!..
 
Sağlam, mutlu, huzurlu illlər diləyirəm hər birinizə!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ