Müxalifət Ramiz Mehdiyevə qucaq açacaqmı...

08:48 03-09-2020 | icon 437 | Siyasət
Müxalifət Ramiz Mehdiyevə qucaq açacaqmı...

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sakitləşmək bilmir. Avqustun 18-də qız nəvəsinə etdiyi toy məclisindən sonra kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka cəzalandırılmaları ilə barışmayan “Boz kardinal” bütün gücü ilə hakimiyyətin üzərinə gəlir. Rəhbəri olduğu akademiyanın saytında bir-birinin ardınca sərt məqalələrlə çıxış edən R.Mehdiyev getdikcə radikal müxalifət lideri obrazına çevrilməkdədir. Bu baxımdan onun son məqaləsi xüsusilə diqqət çəkir.

Bu məqaləsinin ardından cəmiyyətdə “müxalifət onu düşərgəsinə buraxarmı, qucaq açarmı” kimi suallar yaranıb. Bu da təsadüfi deyil. Çünki indiyə qədər iqtidardan incik düşən, “vurulan”, yaxud komandasına asi çıxan məmurlara müxalifətin necə qucaq açdığının çox şahidi olmuşuq.

Versus.az Yeni Müsavata istinadla xəbər verir ki, bir neçə partiyaya bununla bağlı sual ünvanladıq.

 

 

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı: “Belə insanların yeri ancaq məhbəsdir”

AĞ Partiya başqanı Tural Abbaslı belə insanların yerinin həbsxana olduğunu söylədi: “Bu, Ramiz Mehdiyevin üsyan və dirəniş xarakterli artıq 4-cü yazısıdır. Yazıda istər cəmiyyətə, istər müxalifətə, ən əsası da, hakimiyyətə meydan oxuma var. Faktiki olaraq Mehdiyev müxalifəti və xalqı onu haqsız yerə ittiham etməkdə suçlayır və bütün günahın onun deyil, dolayısı ilə hazırkı iqtidarın başında duran Prezidentin olduğuna işarə edir. Eyni zamanda ölkənin hazırkı ağır duruma düşməsində özünün heç bir rolu olmadığınını, heç bir nazirliyin işinə müdaxilə etmədiyini və hər kəsin uğursuzluğunun onun özünə aid olduğunu bildirib. Mən düşünürəm ki, iqtidar köhnə komanda üzvünə adekvat cavab verməlidir.

Bu məsələnin üzərinə iqtidar sistemli şəkildə getməsə, yaşlı akademik hələ çox problemlər yaradacaq. Mən bütün müxalifətin adından deyə bilmərəm, ancaq AĞ Partiyanın adından dəqiq deyə bilərəm ki, biz heç zaman Mehdiyev tipli xalqına qarşı müxtəlif növ cinayətlər törədən şəxslərlə bir araya gəlmərik. Nəinki onun harasa namizədliyini dəstəkləmərik, onunla eyni siyahı da belə olmarıq. Belə insanların yeri ancaq məhbəsdir, vəssalam”.

Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma...

Elşad Musayev: “Onun imkanlarından yararlanmaq istəyənlər olacaq”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, sabiq PA rəhbəri çoxlarının imkanlarından istifadə etməyə çalışacaq: “Müxalifət yekcins deyil. Görünür Mehdiyev özünü təmizə çıxartmaq üçün hələ çox belə məqalələr yazacaq, yaxud yazdıracaq. Onu kimsənin içinə almasını demək çətindir, heç özü də kimsənin içinə getməz. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq, elə onun özü də çoxlarının imkanından yararlanmağa çalışacaq. Zatən bu işi indiyədək ob daha yaxşı bacarıb. Düşünürəm ki, Ramiz Mehdiyev mövzusunu gündəmdə saxlamaq əvəzinə, ölkəmiz üçün vacib məsələləri müzakirə etsək daha doğru olar”.

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi FOTO -  Azinforum.az İnformasiya Portalı

Arzuxan Əlizadə: “Belə şəxslərə dəstək verilməsinin əleyhinə olduğumuzu bildirmişik”

AMİP sədri Arzuxan Əlizadə də birmənalı şəkildə bunun əleyhinədir: “Ramiz Mehdiyev rəhbərlik etdiyi AMEA-nın saytında artıq mütəmadi xarakter alan açıqlamalar verməkdə davam edir. Yazıları ilə bəlli ünvanlara sətiraltı mesajlar verdiyi də məlumdur. Açığıb bu yazılar bizim üçün elə bir önəm daşımadığı səbəbindən münasibət bildirməməyi tərcih edirəm. O ki qaldı müxalifət düşərgəsinin onu öz daxilinə buraxmasına və ya gələcəkdə vahid namizəd etmə ehtimalına, şübhəsiz ki, müxalifət yekcins deyil və istənilən məsələyə fərqli yanaşma və fərqli baxışların olması labüddür. Ona görə təbii ki, bütün müxalifət adından nəsə deyə də bilmərəm. Həm də təəssüf ki, dediyiniz məsələ ilə bağlı ölkənin siyasi həyatında heç də xoş olmayan və müxalifət adına başucalığı gətirməyən acı təcrübə də var. Elə də uzaq olmayan keçmişdə biz korrupsiya və rüşvət də daxil olmaqlab bir sıra ağır dövləti cinayətlərdə adı hallanan şəxslərin müxalifətin ayrı-ayrı qurumları və bəzi aparıcı simaları tərəfindən dəstəklənməsinin, hətta bu adamların hüquqlarını müdafiə komitələrinin təşkil olunmasınıt da, başqa dövlətə bağlı şəxsin müxalifətin özünü ”milli" elan edən bəlli bir çevrəsi tərəfindən vahid namizəd olaraq dəstəkləməsinin də şahidi olmuşuq. AMİP olaraq o zaman da belə şəxslərə dəstək verilməsinin əleyhinə olduğumuzu bildirmişik, bu gün də mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də budur ki, AMİP dövlət və milli maraqları hər şeydən üstün tutur və bu dövlətə bağlı olmayan, korrupsiya və rüşvətə bulaşmış heç bir kəs kimliyindən asılı olmayaraq və heç bir şərt müqabilində tərəfimizdən dəstəklənə bilməz".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR