Faktlar sənədləşdirilməli və beynəlxalq təşkilatlara göndərilməlidir - Ekspert

17:50 03-09-2020 | icon 1808 | Gündəm
Faktlar sənədləşdirilməli və beynəlxalq təşkilatlara göndərilməlidir - Ekspert

Ümumiyyətlə, hələ 200 il bundan öncə çar Rusiyasının İrandan, Suriyadan, Livandan, Türkiyə ərazisindən erməniləri köçürüb indiki Ermənistan ərazisində yerləşdirməsi siyasəti nəticəsində bir oyuncaq dövlət yaradılıb. Təbii ki, bu siyasət bu gün də davam edir. BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar da birmənalı şəkildə bəyanatlarla, müəyyən qərarlarla təsdiq edirlər ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın hüquqi ərazisidir və hazırda həmin ərazilər işğal altındadır.

 

Versus.az  bildirir ki, bunu Taçıqlamasında "Resurs" Analitik İnfor

masiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

R.Quliyev hesab edir ki, Azərbaycan dövləti Ermənistanın bu məskunlaşdırma siyasətinə öz etirazını bildirməklə yanaşı, hər bir faktı ayrıca sənədləşdirməli və bütün beynəlxalq təşkilatlara göndərməlidir:

"Bu gün BMT-nin Azərbaycan ərazilərindən Ermənistan ordusunun qeyri-şərtsiz çıxarılması və işğal olunmuş əraziləri azad etməsi barədə 4 qətnaməsi mövcuddur. Təəssüflər olsun ki, bu qətnamələr hələ də icra olunmayıb. Amma buna baxmayaraq, həmin qətnamə hüquqi qüvvədədir. Bu mənada hesab edirəm ki, rəsmi Bakı hər bir faktı ayrıca sənədləşdirərək nəinki bütün beynəlxalq təşkilatlara, eləcə də BMT-yə təqdim etməlidir. Bu, bizim gələcəkdə işğal altında olan torpaqlarımızı azad edərkən əlimizdə olacaq hüquqi sənəddir. Çünki biz qondarma Dağlıq Qarabağda məskunlaşdırılacaq xarici vətəndaşlarla necə rəftar edəcəyimizi indidən hüquqi sənədlərlə rəsmiləşdirib aidiyyəti beynəlxalq qurumlara təqdim etməliyik. Düşünürəm ki, dünyada gedən son proseslər göstərir ki, Azərbaycan dövləti cənab Prezidentin də öz çıxışlarında qeyd etdiyi kimi, uyğun zamanda öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Bunun üçün bütün hüquqi baza və Azərbaycan ordusunun imkanları da var. Lakin uyğun siyasi zamanı gözləmək lazımdır. Təbii ki, uyğun siyasi zamanın da yetişməsinə çox az qalıb".

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı