"Qarabağ"la oyunun Bakıda olması bizə ciddi problem yaradar" 

10:08 05-09-2020 | icon 964 | İdman
"Qarabağ"la oyunun Bakıda olması bizə ciddi problem yaradar" 

Norveçin "Molde" klubunun direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları  "Qarabağ"la oyunun keçirilmə yerinin hələ də müəyyənləşməməsinə münasibət bildirib.

 

Versus.az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı klublarla UEFA arasında danışıqların davam etdiyini söyləyib: "Matçın harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir". 

 

Klub rəsmisi bildirib ki, görüşün Bakıda olması onlar üçün ciddi problem yarada bilər: "Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq". 

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı  Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Ancaq "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR