“Rusiyaya agentlik etməyim barədə deyilənlər cəfəngiyyatdır”

21:36 21-09-2020 | icon 651 | Siyasət
“Rusiyaya agentlik etməyim barədə deyilənlər cəfəngiyyatdır”

Tofiq Abbasov: “Rusiya Azərbaycanla, Ermənistanla davrandığı kimi davrana bilməz”

 

Məlum olduğu kimi, Ermənistanın hərbi həmləsi nəticəsində Tovuz istiqamətində aparılan 4 günlük müharibə Rusiya-Azərbaycan münasibətləri yönündə birmənalı olmayan müzakirələri gündəmə gətirib. Rusiya təcavüzkarı silahlandıran, ona havadarlıq edən tərəf kimi qınanır. Nəhayət, Rusiyadan Azərbaycana qarşı konkret mövqe sərgiləməsi tələb olunur. Qarabağ münaqişəsinin illərdir həll olunmamasında məhz Rusiya faktorunun olması bu gün Azərbaycan ictimaiyyətinin rus dilinə qarşı mənfi reaksiyasını da meydana çıxardıb. Üstəlik, Rusiya ilə münasibətlərdə bütün imkanlardan istifadə edilməsini məqbul sayan müəyyən bir kəsim Rusiyaya agentlik etməkdə ittiham edilir.

 

Məlum olduğu kimi, artıq yerli media “agent və reket”lərin siyahısını dərc edib və orada Rusiyaya agentlik edənlərin arasında jurnalist, politoloq Tofiq Abbasovun da adı qeyd edilib. Nə baş verir?

 

Versus.Az xəbər verir ki, Tofiq Abbasov açıqlamasında Rusiyaya agentlik etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

O, adının agent kimi hallanmasını cəfəngiyyat adlandırıb:

“Belə bir cəfəngiyyata vaxt ayırmaq istəmirəm, buna şərh vermək niyyətində deyiləm”.

 

“Rusiya ilə bağlı problemli məqamlar var, ancaq onlar ümumi prosesin qarşısını ala bilməz”

 

Politoloq Rusiya-Azərbaycan münasibətlərində cərəyan edən proseslərə diqqət çəkərək mübahisə doğuran nüanslara toxunub. Onun fikrincə, regionda iki dövləti birləşdirən kifayət qədər tarixi, mədəni əməkdaşlıq resurssları var və Rusiya-Azərbaycan münasibətləri qonşuluq, müsbət əməkdaşlıq siyasəti tempində inkişaf edir:

 

“Bu gün Rusiyada fəaliyyət göstərən, yaşayan çoxlu sayda azərbaycanlı var. O cümlədən Azərbaycanda kifayət qədər rus icması var. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki tərəfin marağındadır”.

 

T.Abbasov bildirib ki, Rusiya ilə qurulan münasibətlərdə, qonşuluq siyasətində vaxtaşırı müəyyən problemlər ortaya çıxır ki, onların üzərində işləmək, həllinə çalışmaq lazımdır:

 

“Düzdür, problemli məqamlar var, ancaq onlar ümumi prosesin qarşısını ala bilməz. Diplomatiyanın əsas qayəsi də budur ki, çətin görünən məsələlərin həlli yolları tapılsın. Ona görə də hesab edirəm ki, Rusiya ilə münasibətlərdə həmişə problemlərdən danışmaq düzgün olmaz”.

 

T.Abbasov bildirib ki, Rusiya Ermənistanla birbaşa həmsərhəd olmasa da, bu ölkədə onun üçün yaxın, qonşu dövlət sayılır:

 

“Pandemiya dövrünə qədər tərəflər arasındakı münasibətlərdə iqtisadi artım, yeni planlar var idi. Rusiyanın müxtəlif vilayətləri ilə əməkdaşlıqlar qurulur. Bir haldaki Moskva-Bakı dialoqunda daim əməkdaşlıq müzakirə olunur, deməli bu, siyasi əlaqələrin də möhkəmləndirilməsi üçün yaşıl işıq sala bilər. Rusiya ilə münasibətlərdə çoxşaxəli əməkdaşlıqlar mövcuddur. Rusiyanın Qafqazda böyük maraqları var və özü də bunu gizlətmir. Belə başa düşürəm ki, Rusiya reallığı gözəl anlayır. Bu faktdir ki, Azərbaycan bölgədə Rusiya üçün böyük önəm daşıyır. Rusiya Azərbaycanın maraqlarını gözardına ala bilməz”.

 

T.Abbasov Rusiyanın Azərbaycan torpaqlarının işğaldan azad olunmasında ölkəmizi dəstəkləməsi ilə bağlı gözləntilərə də diqqət çəkib. Politoloq bildirib ki, Qarabağ məsələsi bizim üçün nə qədər ağır olsa da, bu, emossiyalardan uzaqda saxlanılmalı olan bir problemdir:

 

“Burda yalnız diplomatiya işləməlidir. Azərbaycan diplomatiyası bu sahədə kifayət qədər özünün təpərini, gücünü göstərir və Rusiya tərəfi bunu gözəl anlayır. Rusiya bilir ki, Azərbaycanla Ermənistanla davrandığı kimi davrana bilməz. Azərbaycan özünün suverenliyini təsdiqləmiş bir dövlətdir. Biz Rusiya üçün beynəlxalq hüququn obyekti yox, subyektiyik. Əminəm ki, bizim diplomatiya bu istiqamətdə işləyir və onun nəticələrini görəcəyik. Amma məhz bu gün Rusiyanın bizim tələblərimizə cavab verəcəyini düşünürüksə, bu olmayacaq. Yəni problemin üzərində işlənməldir. Burda diplomatya və təmkin göstərmək lazımdır”. /“Həftə içi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı