İki tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir - FOTO

10:30 24-09-2020 | icon 707 | Mədəniyyət
İki tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir - FOTO

Azərbaycanlı professor, sənətşünaslıq doktoru Kübra Əliyeva ölkə ərazisindəki bir sıra tarixi abidələrin acınacaqlı vəziyyətindən narazıdır.

 

Versus.Az xəbər verir ki, o, öz “Facebook” paylaşımında Bakının Fatmayı və Görədil qəsəbələrində yerləşən, təxminən 200 illik yaşı olan iki hamam barədə təəssüratlarını təsvir edir.

 

“Hamamlardan biri dəhşətli vəziyyətdədir, ətrafı zibillikdir, məlumat lövhəsi yoxdur. Mərhum akademik Şamil Fətullayevin kitabında bu abidələrin fotoşəkilləri var. Nə yaxşı ki o, öz zamanında bu hamamlar barədə yazıb, axı indi bu abidələr heç kimin marağında deyil! Səhv etmirəmsə, onlar XVIII əsrdən günümüzə qədər qalıb çıxıb”, - deyə alim qeyd edib.

 

K.Əliyeva ölkəmizin şimal ərazisində yerləşən, bizim eranın III-VII əsrlərinə aid olan xristian memarlığının nadir abidələrini də xatırlayıb.

 

“İşlədiyim illər ərzində öz tarixi irsimizə qarşı bu qədər dəhşətli münasibətin şahidi olmamışdım. Abidələr mühafizə olunmur, hər şey çox acınacaqlı vəziyyətdədir”, - K.Əliyeva vurğulayıb.

 

Professor Mədəniyyət Nazirliyinə müraciət edərək, onların niyə öz vəzifələrini yerinə yetirmədiyini, dövlət tərəfindən ayrılan vəsaitin haraya xərcləndiyini sual edir.

 

K.Əliyeva vətənpərvər şəxslərə müraciət edərək, hər an məhv edilə biləcək tarixi memarlıq irsinin xilas olunmasına kömək etmələrini xahiş edir.

 

“Düşmənlərimiz ölkəmizin bir hissəsində tarixi irsimizi məhv edirlər. Lakin biz də geri qalmırıq! Eyni işi biz ölkəmizin digər hissəsində həyata keçiririk”, - deyə K.Əliyeva fikirlərini tamamlayıb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən oxu.az-a bildirilib ki, qeyd edilən ərazidə yerləşən hamam dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb:

 

“Tarixi tikilinin müvafiq siyahıya əlavə edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə qismində nəzərdən keçirilir”.

 

“Abidənin təyinatın müəyyən edilməsi ilə əlaqədar həm yerli, həm də digər aidiyyəti dövlət orqanları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq çevik şəkildə təxirəsalınmaz iş aparılır.

Dövlət Xidməti tərəfindən aparılan işin nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə xidmətdən qeyd edilib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...