Kriminalda “bespredel” - Qulidən sonra Kaxa, növbədə kimdir?

22:23 25-09-2020 | icon 458 | Hadisə
 
Kriminalda “bespredel” - Qulidən sonra Kaxa, növbədə kimdir?

“Qırmızı zon” sayılan həbsxanada gürcü “qanuni oğru”nu sındırmaq üçün ona iki yol təklif edilib: ya “şvabra”, ya da ölüm...

 

Gürcü əsilli “qanuni oğru” Kaxaber Parpaliyanın (Kaxa Qalski) həbsxanada qəfil ölməsi kriminal aləmdə yeni müharibənin anonsu sayıla bilər. Rəsmi məlumatlarda onun ölüm səbəbi insult keçirməsi ilə izah edilir. Lakin Rusiya KİV-ləri yazır ki, bir neçə gün əvvəl 45 yaşlı Kaxa Parpaliya Federal Penitensiar Xidmətin Omsk vilayətindəki idarəyə gətirilib.

 

Məlumata görə, “qırmızı zon” sayılan həbsxanada “qanuni oğru”nu sındırmaq istəyiblər. Bunun üçün ona iki yol təklif edilib: ya “şvabra”, ya da ölüm. Bildirilir ki, Qalski bu səbəbdən ciddi bədən xəsarətləri alıb və bir neçə saat sonra ölüb. “Qanuni oğru” nun qardaşı özü şəxsən qardaşının meyitinə baxıb. Onun üzərində görünən döyülmə izlərini müəyyən etmək mümkün olmayıb, amma bədənində infarktan sonra yaranmış göyərmələr onun öz əcəli ilə ölmədiyi rəyini möhkəmlədib.

Cinayətkar aləmdə tanınmış şəxslərdən biri olmasına baxmayaq, Kaxa Qalski ilk dəfə idi ki, məhkum olunurdu.

Kaxa Qalski

Kaxa 2018-ci ilin dekabrında həbs edilib. Ona qarşı sadəcə narkotik gəzdirmə ittihamı irəli sürülüb və 4 il həbs cəzası alıb. Kaxa Qalski “oğru” adını 1999-cu ildə alıb. O, hazırda Rusiyada həbsxanada olan “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) yaxın ətrafına daxil idi. Kaxaber Parpaliyanın cavabdeh olduğu “obşak” “oğru xəzinəsi” sayılır və ora ən inanmış və “kristal oğlan” rəhbərlik edə bilər.

Rusiya kriminal aləmi hazırda ciddi lider böhranı yaşanır. Azərbaycanlı “qanuni oğru” Quli Bakinski kimi tanınan Nadir Səlifovun öz adamı tərəfindən güllənlənməsinin ardınca kriminal aləmdə daha bir nüfuzlu liderin “qırmızı zon”da da olsa, həyatını itirməsi Rusiya kriminalında yaranmış “bespredel” kimi də qiymətləndirilə bilər.

Şakro Molodoy kimi tanınan yezidi kürdü olan “qanuni oğru” Zaxari Kalaşovun həbsindən sonra kriminal aləm uzun müddət “1 nömrəli boss” axtarışında oldu.

Zaxari Kalaşov

Zaxari Kalaşov Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş vermiş və 2 nəfərin ölümü ilə nəticələnmiş atışma ilə bağlı saxlanmışdı. Uzun sürən məhkəmənin yekununda ona 9 il 10 ay həbs cəzası verildi. Bu həbsdən sonra “1 nömrəli “qanuni oğru” statusunu almağa bir neçə nəfərin adı çəkilsə də, sonda Şişkan kimi tanınan Oleq Şişkanovun adı üzərində dayanıldı. Bir il yarım müddətində kriminal aləmdə danışıqlar və namizədlərin müzakirəsi getdi, ancaq sonda mafiya başçıları əsas “oğrunu” seçdilər. Şişkan ölkədə slavyan əsilli ən məşhur və avtoritar liderlərdən biri sayılırdı. Müzakirələrdən sonra Şişkanı “taxta” həbsxanada ölən Kaxa da daxil olmaqla Vasiliy Xristoforov (Vasya Voskres), Dmitriy Çanturiya (Miron), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Bardi Koquaşvili (Bardi Kutaisski), Elduca Turkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya) kimi “qanuni oğru”lar layiq bildilər.

Amma az keçməmiş Şişkan Moskva vilayətinin Ramensk rayonunun qanunverici məclisinin deputatı Tatyana Sidorova və ailəsinin məhv edilməsində təqsirli bilinərək həbs edildi. Şişkanın həbsindən bir müddət sonra “kriminal kastanın generallarından” olan Tariyel Oniani (Taro) azadlığa buraxıldı. 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmişdi. Amma Taro da azadlığa buraxılan kimi həbs olundu və İspaniya hüquq-mühafizə orqanlarına təhvil verildi. Ona gözləndiyi kimi, ağır cəza verilmədi, amma fakt odur ki, hazırda kriminalların “ağzını bir yerə yığmaq” mümkün olmur.

Yeri gəlmişkən, Lotu Quli “nömrə 1” axtarışları zamanı Şişkan lider seçiləndə “səsvermədən” yeganə imtina edən “qanuni oğru” olmuşdu. Bildirilirdi ki, Quli öz mövqeyini “bizə kral lazım deyil” ifadəsi ilə izah edibmiş.../Yeni MÜsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…