“Bu, Rusiyanın “türk havası”na qurduğu oyunudur”

11:17 26-09-2020 | icon 585 | Siyasət
“Bu, Rusiyanın “türk havası”na qurduğu oyunudur”

Ramiyə Məmmədova: “Suriyada və Liviyada uz -üzə gələn iki dövlət Azərbaycan-Türkiyə birliyini gəbul edə bilməz”

 

“Rusiya yenə də oyun oynayır. Bununla da Ermənistana verdiyi dəstəyi ört-basdır edir və öz forpostuna “həddini bildirmiş” oldu”.

 

Bunu Versus.az-a politoloq Ramiyə Məmmədova Milli Məclisin spikeri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin Moskva səfəri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı masaya gətirilən 5 rayonun qaytarılması və sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi ilə bağlı mübahisəli müzakirələri şərh edərkən bildirib. Xəbər verildiyi kimi, Rusiyanın müxtəlif media qəzetləri bir gün sonra Lavrovun belə bir fikir səsləndirməsi barədə xəbərləri təkzib edib.

 

“Türkiyə Azərbaycanla birgə hərəkət etsə Rusiya…”

 

Politoloq məsələyə birmənalı yanaşmayıb. Bildirib ki, bu barədə məlumat MM-in rəsmi saytında da olub və sonradan silinib:

 

“Görüşdən bir neçə gün öncə Rusiya sözçüsü Zaxarova mətbuat konfransında Rusiyanın Dağlıq Qarabağ münaqisəsinin Madrid prinsiplərinin Kazan formatında həll olunmasını, Dağlıq Qarabağ və onun ətraf rayonlarının azad olunmasının qeyri-şərtsiz yerinə yetirilməli olduğu barədə fikirlər səsləndirmişdi. Zaxarovanın verdiyi bu məlumat sonradan spikerlə Lavrovun görüşündə də səslənsə də, sonradan səfv anlaşıldığı bəyan edildi. Bu da onu göstərir ki, Rusiya Minsk Qrupunun üç üzvündən biri və təbii ki, bu munaqişənin banisi olaraq bu məsələdə heç bir zaman bizim tərəfimizdə olmayıb və olmayacaq”.

 

R,Məmmədova bugünkü reallığa əsaslanaraq bildirib ki, Türkiyənin bu regionda varlığı, Cənubi Qafqazda oyunçuya, güclü aktora çevrilməsi Rusiyanı daha çox narahat edir. Yəni Suriyada və Liviyada uz -üzə gələn iki dövlət Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyini gəbul edə bilməz:

 

“Türkiyənin Tovuz döyüşlərindən sonra ardıcıl verdiyi bəyanatlar və bugünkü günə gədər də verdiyi dəstək bu məsələnin Rusiya tərəfindən dilə gətirilməsinə rəvac verdi. Əsasən də sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi artıq Rusiyanın nəzarəti öz əlinə alması deməkdir ki, bu da bizim maraqlarımıza tam ziddir. Türkiyə Azərbaycanla birgə hərəkət etsə Rusiya heç nə edə bilməyəcəyini çox yaxşı bilir.

 

“…Öz yerini yeni oyunçuya verməli olacaq”

 

Rusiyanın Ermənistana açıq dəstək verməsi tam mümkün deyil. Belə olarsa, Rusiya bu regionda bütün güc dairəsini itirəcək və öz yerini yeni oyunçuya verməli olacaq. Ona görə də bu gün söz oyunu oynamağı daha üstün tutur və bu Rusiyanın “türk havası”na qurduğu oyunudur. Təbii ki, regionda müharibənin başlaması və torpagların geri qaytarılması Azərbaycandan başqa kimsəyə maraqlı deyil”.

 

Politoloq bildirib ki, bu gün Avropa, BMT, ATƏT və sair beynəlxalq təşkilatlar mübahisənin geniş müharibəyə donüşməsini istəmirlər və bu fikri dəfələrlə səsləndiriblər:

 

“Çünki bu regionda hər kəsin öz maraqları var. Yeni layihələr və infrastrukturların yaradılmasını istəyən bu güclər Qarabağ münaqişəsinin dondurulmuş halda qalmasını daha əlverişli sayır. Onların bu vəziyyəti qulaqardına vurması və görməzlikdən gəlməsi Azərbaycan siyasətinə ziddir. Ona görə də Türkiyə və Azərbaycan birliyinə ehtiyac böyükdür”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR