“Biz axıra qədər gedəcəyik”

20:21 28-09-2020 | icon 313 | Siyasət
“Biz axıra qədər gedəcəyik”

Üzeyir Cəfərov: “Ölkə rəhbərliyi torpaqların işğaldan azad olunması ilə bağlı qəti mövqeyini bildirib”

 

“Hərbi vəziyyət o deməkdir ki, artıq ölkə hərb qanunları ilə yaşamağa başlayır. Bunun nə qədər çəkəcəyi vəziyyətdən asılı olacaq. Biz buna hazır olmalıyıq”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi vəziyyətin elan olunması və bu günün uğurları ilə bağlı açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

 

Hərbi ekspert hesab edir ki, bu gün beynəlxalq aləmdən gələn bəyanatların nə olmasına baxmayaraq artıq ölkə rəhbərliyi torpaqların işğaldan azad olunması ilə bağlı qəti mövqeyini bildirib və biz axıra qədər gedəcəyik:

 

“İnanıram ki, bu proses dayanmayacaq. Dünən düşmən xeyli ərazilərimizdən qovulub, itkiləri var. Bunun əvəzini çıxmaq üçün müxtəlif yollara əl atacaq. Bu gün səhər Ermənistan Müdafiə Nazirliyində böyük bir toplantı kerçirilib. Həm Paşinyan, həm də Ermənistanın müdafiə naziri öz talelərinə görə çox narahatdırlar. Ermənistanda bu uğursuzluğa görə heç kəs onların başını sığallamayacaq. Onsuz da ağır olan vəziyyətləri bundan sonra daha da ağırlaşacaq”.

 

Ekspert bildirib ki, vəziyyət ağırdır. Azərbaycanın öz torpaqlarını işğaldan etməsi ətrafında xeyli mürəkkəb proseslər gedir:

 

“Dünən ordumuz uğurla irəliləyirdi, bu gün isə kənar müdaxilələr var. ABŞ, Fransa və  Rusiyadan bir neçə rəsmi bəyanatlar verilib. Ermənistanın baş naziri Fransanın, Rusiyanın prezidentləri ilə telefon danışığı aparıb. Hər zaman Ermənistana dəstək olan qüvvələrin müəyyən yanaşmaları da var ki, bu məsələlər açıqlanmır. Allah Azərbaycan ordusuna kömək olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Düşmən bu gün xaincəsinə Tərtərin mərkəzini vurdu, Ağdamın Eloğlu kəndini atəşə tutdu. Bir kənd sakini evində öldürüldü. Naftalanda 1 ailə tamamilə qırıldı. Müharibədir və bunun başqa adı yoxdur”.

 

Ü.Cəfərov deyib ki, 30 ildir Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə apardığı işğalçılıq siyasəti Azərbaycan insanının ruhunu sarsıtmışdı.

 

Dünənki gündən başlayan müharibə, Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsi yönündə apardığı əks hücum, düşmənə verilən layiqli cavab Azərbaycan insanında ruh yüksəkliyi yaradıb:

 

“Dünən müharibədə bir neçə ərazilərimizi azad etdiyimizə görə sevinc yaşadıq. Bu gün başqa vəziyyətdir. Müharibə belədir ki, dünən uğurun var idisə, bu gün uğursuzluğun ola bilər. Bu gün uğursuzluğun varsa, sabah uğurun ola bilər. Ona görə də biz işlərimizi elə qurmalıyıq ki, hər şey rəvan getsin. Biz buna ümid edirik ki, dünənki qələbələrin davamlı olması bizə daha gözəl anlar yaşadacaq. Şəxsən mən o arzu, o amalla yaşayıram”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR