"Müsavatla AXCP “5-ci kolon”un təmsilçisi olduqlarını sübut etdilər"

13:12 29-09-2020 | icon 283 | Siyasət
"Müsavatla AXCP “5-ci kolon”un təmsilçisi olduqlarını sübut etdilər"

Əlisahib Hüseynov: "İndi hamının milli birliyimizə töhfə verməli olduğu zamandır"

 

"Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bu ölkənin bütün fərdlərini bir araya gətirə bilən, birləşdirən cəmi bir neçə ortaq nöqtəmiz var ki, onlardan biri və həta birincisi məhz Qarabağ dərdimizdir. Mənə elə gəlirdi ki, bu son 30 ildə (torpaqlarımızın erməni işğalı altında qaldığı dövrdə) hər kəs, xüsusən də siyasi partiya rəhbərlərinin hər biri məhz Qarabağımızın işğaldan azad ediləcəyi günün həsrəti ilə yaşayır. Lakin 27 sentyabrda - Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq, əks-hücuma keçdiyi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olduğu, düşmənə ağır zərbə vurduğu gündə gözləntilərimlə gerçəkliklərin üst-üstə düşmədiyinin şahidi oldum. Sən demə, partiya liderləri arasında Qarabağın işğaldan azad edilməsini özü üçün prioritet, müqəddəs amal hesab etməyən öfkəli, hikkəli şəxslər də varmış. Söhbət radikal müxalifətin ənənəvi təmsilçiləri olan Musavat və AXCP partiyalarından gedir".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Ordumuzun sürətli və qalibiyyətli əks-hücumunu son 30 ilin ən böyük tarixi-siyasi hadisəsi sayan partiya sədri hesab edir ki, kimsə Milli Ordumuzun bu zəfər yürüşünə etinasız qalmamalıydı. Lakin AXCP və Müsavat partiyası nədənsə, etinasızlıq göstərdilər və Ali Baş Komandan, Prezident İlham
Əliyevin Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə həyata keçirdiyi təcili, təxirəsalınmaz
tədbirləri yekdilliklə dəstəkləyən və bu məqsədlə bir araya gələrək birgə bəyanat imzalayan siyasi
partiyalara qoşulmadılar:

 

"Söhbət 50 siyasi partiyadan gedir. Bu isə o deməkdir ki, bu 50 partiya ölkənin bütün siyasi spektrini, siyasi palitrasını əhatə edir. Əlbəttə, xalqımız üçün, ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisədə kimsə yaxasını kənara çəkməməli, dar firqəçilik maraqlarından çıxış etməməliydi. Bu hər bir partiya üçün milli birlik, həmrəylik nümunəsi ola bilərdi. Lakin Musavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini hər zaman xalqın yanında olduqlarını göstərməyə çalışan bu partiyalar torpaqlarımızın azad edilməsi uğrunda döyüşən Ordumuza və düşmənə qarşı qətiyyətli mövqeyini ortaya qoyan Ali Baş Komandanımıza dəstək vermədilər. Bu isə onların əsl simalarını göstərir. Vətən Müharibəsinin ilk günündə Müsavat və AXCP-nin siyasi naşılıq və eqoizm nümayiş etdirmələri, ümummilli dəyərimizə - Qarabağımıza sahib çıxmamaları, torpaqlarımızın işğaldan azad edilməsinə sevinməmələri bu partiyaların düşmən dəyirmanına sutökmələrindən xəbər verir. Onlar bu hərəkəti ilə bir daha “5-ci kolon”u təmsil etdiklərini ortaya qoyurlar".



Əlisahib Hüseynov qeyd edib ki, siyasi dialoq çağırışlarına cavab verməyən bu partiyalar o dərəcədə siyasi korluq “xəstə”liyinə tutulublar ki, hətta Qarabağın işğaldan azad edilməsi uğrunda başladılan Vətən Müharibəsinə də müxalif mövqedən yanaşmağa üstünlük verdilər. Bu hərəkət sözün birbaşa mənasında millətdən qopmanın, xalqa yadlaşmanın əyani təzahürüdür. Mən hesab edirəm ki, bu siyasi qurumların, onların liderlərinin bundan sonra Qarabağ haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur:

 

"Ölkəmiz üçün həlledici məqamlarda milli həmrəylik nümayiş etdirə bilməyən partiyaların Qarabağ haqqında danışmaları absurd və qeyri-səmimi görünür. Bu adamlarda birlik, həmrəylik hissləri ya çox zəifdir, yadaki ümumiyyətlə heç yoxdur. Onlar milli həmrəylik nümunəsini dövlətimizin başçısı və Ali Baş Komandanımız İlham Əliyevdən öyrənə bilərlər".



MHP sədri onu da vurğulayıb ki, siyasi partiyaların vahid mövqedən çıxış etmələrinə və Orduya, Ali Baş Komandana birgə dəstək nümayiş etdirmələrinə Prezident İlham Əliyev operativ reaksiya verib və bu addımımı yüksək qiymətləndirib:

 

Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən digər partiyaların sədrləri kimi mənə də zəng edildi və 50 partiya ilə birgə nümayiş etdirdiyimiz mövqeyə, verdiyimiz dəstəyə görə cənab Prezidentin təşəkkürü çatdırıldı. Biz də öz növbəmizdə dövlət başçısına siyasi partiyalara göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir və şanlı Ordumuzun qazandığı qələbələr münasibətilə həm dövlət başçımızı, həm də xalqımızı təbrik edirik!

Milli birlik, həmrəylik bax bu cür yaranır. İndi hamının milli birliyimizə töhfə verməli olduğu zamandır.


SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı