"Ermənistan sıxışdığına görə belə bir müzakirələr keçirməyə başlayıblar"

09:48 01-10-2020 | icon 302 | Siyasət
"Ermənistan sıxışdığına görə belə bir müzakirələr keçirməyə başlayıblar"

Fazil Mustafa: “BMT-nin qətnamələrinin niyə icra olunmaması arqumenti bizim əlimizdə əsasdır”

 

Ermənistan hərbi qüvvələrinin, terrorçu qruplarının Azərbaycan ərazilərində illərdir davam edən cinayətkarlığı, özbaşına hərəkətləri bu gün Şanlı Ordumuz tərəfindən cavabını alır. Vətən müharibəmiz ölkədə böyük rüh yüksəkliyi yaratmaqla yanaşı, beynəlxalq ictimaiyyəti də narahat edib. Azərbaycan Öz vətəninin azadlığı uğrunda savaşdığı bir vaxtda BMT Təhlükəsilik Şurası, ATƏT və sair xarici təşkilatlar müharibəni yenidən danışıqlar formatına çevirmək niyyətindədir. Beynəlxalq təşkilatların bu həmlələri illərdir davam edən ötən müzaklirələrdən nəyi ilə fərqlənəcək?

 

Versus.az xəbər verir ki, vəziyyəti təhlil edən millət vəkili Fazil Mustafa çıxış yolunun yalnız cəbhədə əldə ediləcək uğurla qazanılacağını bildirib.

 

Deputat Fazil Mustafa Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına qaşı əks hüçumunu və belə bir ərəfədə beynəlxalq təşkilatların verdiyi reaksiyaları dəyərləndirərkən deyib ki, illərdir beynəlxalq təşkilatların Qarabağ müharibəsi ilə bağlı etdiyi müdaxilələr hər hansı bir irəliləyişə hesablanmayıb, əksinə, bu, Ermənistanın mövqeyinin möhkəmlənməsi üçün idi:

 

“İndi Ermənistan sıxışdığına görə belə bir müzakirələr keçirməyə başlayıblar. Hər halda cəbhədə elə uğurlar qazanmalıyıq ki, danışıqlar masası arxasında öz tələblərimizi diqtə edə bilək. Ona görə də mən hesab edirəm ki, bizim bütün çalışmalarımız cəbhə xəttində uğurlarımızın çox olmasına yönəlməlidir. Yalnız bundan sonra danışıqlar masasında diplomatik uğurlar əldə edə bilərik”.

 

F.Mustafa beynəlxalq təşkilatların maneəsi ilə yenə də zəfər yürüşümüzün dayandırılması ilə bağlı narahatlığını Prezidentin qəti çıxışı, eləcə də əhalinin əhval-ruhiyəsi fonunda yolverilməz hesab edib:

 

“Əlbəttə ki, axıra qədər gedəcəyik. Gücümüz çatan bütün istiqamətdə addımlar atmalıyıq. Və burda hər hansı şəkildə geri çəkilmə ola bilməz. Ona görə də indi mümkün olan qədər addımlar atacağıq. Təbii ki, bu sonunda hansısa bir masa arxasında əyləşməyə gətirib çıxara bilər. Amma burda da bizim şərtlərimiz var: düşmən qüvvələri döyüş bölgəsindən, bütövlükdə torpaqlarımızdan, Qarabağdan  qovulana qədər bu savaş getməlidir. Bundan sonra danışıqlar aparmaq olar. Bu gün danışıqlarda hansısa azlığın Qarabağda hansısa formatda yaşaması və yaxud da mövcudluğu barədə müzakirələr ola bilər. Amma Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı çözüm yolu ola bilməz. Ordumuzun əks hücumu da bununla bağlıdır.

Dağlıq zonada aparılan müharibə heç kəsə asan anlaşılmasın. Bu düzənlik, yaxud səngər olmayan adi bir savaş deyil... Ermənilər uzun illərdir orda müdafiə səngərləri qurublar, bunları aşmaq lazımdır. Dağlıq ərazidə müharibə aparmaq olduqca çətindir və burda hücum edən tərəfin çətinliyi daha çoxdur. Biz bu məsələdə hər halda ciddi çalışmalıyıq. Və müəyyən problemləri həll eləməyə bütün gücümüzü səfərbər etməliyik”.

 

Deputat belə bir ərəfədə bütün dünyada yaşayan azərbaycanlıların öz fəaliyyətlərini məhz bu istiqamətdə qurulmasını vacib, mühüm məqam adlandırıb. Onun fikrincə, bu gün diaspora təşkilatları da bu istiqamətdə böyük işlər görürlər:

 

“Onlar da xaricdə olmalarına baxmayaraq ölkəmizə bütün platfromalarda dəstək verirlər və bu dəstək davam edəcəkdir. Bu gün bütün azərbaycanlılar ordu ilə bir yerdədir, ordumuzun hər hansı bir şəkildə uğurları bütövlükdə gələcək siyasətimizi də müəyyən edir”.

 

F.Mustafa BMT və ATƏT-də Qarabağ məsələsi ilə bağlı aparılan müzakirələrin qəbul olunmuş 4 qətnamənin icrasına yönəlmədiyini və qurumlardan hər hans addımın atılacağını gözləməyi də əhəmiyyətsiz sayıb:

 

“Hər halda BMT-nin qətnamələrin niyə icra olunmaması arqumenti bizim əlimizdə əsasdır. Bu qətnamələrin ruhuna zidd olan hansısa bir addım atılması mümkün deyil. Əgər atarlarsa, onda tam qərəzli qərar qəbul etmiş olarlar. BMT-nin nizamnaməsi var və Azərbaycanın ərazi bütövlüyü məsələsi burda həlledici amil olaraq qəbul olunmalıdır. Ona görə də biz BMT-dən məhs bu istiqamətdə qərarlar gözləyirik”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı