"Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir"

16:26 04-10-2020 | icon 366 | Siyasət
"Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir"

Əlisahib Hüseynov: "Ermənistanın terrorçu-faşist davranışları cəzasız qalmamalıdır"

 

"Bu gün Azərbaycanın ikinci böyük şəhəri, strateji əhəmiyyətli tarixi paytaxtı Gəncə şəhərinin və eləcə də Beyləqanın, Tərtərin Ermənistan tərəfindən güclü artilleriya atəşinə tutulması və kütləvi raket zərbələrinə məruz qalmasını qətiyyətlə pisləyir və bunu insanlığa qarşı cinayət hesab edirik".

 
 
Bunu Versus.Az-a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri qeyd edib ki, məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirilmiş bu atəş və zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alanlar var, eləcə də çoxlu sayda mülki obyektlərə ziyan dəyib:
 
 
"Xüsusən də münaqişə zonasından və Ermənistan sərhədindən xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır. Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır.
 
Biz hesab edirik ki, qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi davranışına görə Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir. BMT rəhbərliyi və ATƏT-in Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və buna beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir. Artıq "ikili standartlar" siyasətindən əl çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terorçu-faşist davranışları cəzasız qalmamalıdır!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR