“Möhtəşəm qələbəmizə çox az vaxt qaldı”

11:40 05-10-2020 | icon 400 | Siyasət
“Möhtəşəm qələbəmizə çox az vaxt qaldı”

Könül İsmayılova: “Ali Baş Komandanımız, Ordumuz, birliyimiz bu sevinci bizə yaşadacaq”

 

“Şanlı Ordumuz Ermənistanın hərbi təxribatlarına layiqli cavablarını verir. Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ard-arda xoş xəbərlər gəlir. Möhtəşəm qələbəmizə çox az vaxt qaldı. Ali Baş Komandanımız, Ordumuz, birliyimiz bu sevinci bizə yaşadacaq”.

 

Bunu fikirləri Versus.Az-a torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Dağlıq Qarabağda aparılan sülh danışıqlarını özünün təxribatları ilə mənasız edən Ermənistan siyasi hakimiyyətinin artıq çabalar içində çırpındığının açıq şəkildə hiss olunduğunu deyən Könül İsmayılova, mənfur düşmənlərimizin məğlubiyyətinin gözlənilən olduğunu vurğuladı:

 

“Təxribatçı, terrorçu, vandal Ermənistan rəhbərliyi hər vəchlə növbəti cinayətlər törədir, müharibəni genişləndirməyə çalışır. Dəliyə dönmüş vəziyyətdə raketlərini ərazilərimizə tuşlayır, dinc əhalimizi atəşə tuturlar. Erməni xislətidir və tarixən də belədir. Ermənilərin müharibə mədəniyyətləri heç tarixən olmayıb, bundan sonra da olmayacaq. Azərbaycan öz torpaqları uğrunda əks-hücuma keçib və bütün torpaqlarımız işğaldan azad edilmiyənəcən dayanan deyil. Cəbrayıl rayonunun işğaldan azad olunmasından sonra cənab Prezident İlham Əliyevin xalqa müraciətində bu qətiyyətli mövqe bir daha bəyan olundu. Prezident dedi ki, erməni işğalçılarını torpaqlarımızdan iti qovan kimi qovacağıq. Eyni zamanda beynəlxalq təşkilatların havadarlarını da bu gün Ordumuzun erməni quldurlarına verdiyi dərsdən nəticə çıxarmağa çağırdı”.

 

Fransa prezidenti Makronun sərsəm bəyanatına da toxunan Könül xanım nəinki ermənipərəst makronlar, ümumiyyətlə BMT TŞ-sı özünün ikiüzlü siyasətindən və yanlış informasiya təbliğatından əl çəkmir:

 

“Belə bir gərgin şəraitdə rəşadətli Azərbaycan Ordusu xaricdən gələn təsirlərə məhəl qoymur və Ali Baş Komandanın erməni diplomatların, ikiüzlü beynəlxal təşkilatlarının qarşısında düyünlədiyi yumruğu ona inamla irəliləmək üçün güc verir. Biz MMP olaraq daim cənab Prezidentin yanında olmuşuq və bu birliyimiz daimi olacaq.

Eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Ali Baş Komandana, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan xalqı. Qələbə bizimlədir!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR