“Bu, Azərbaycanın Ermənistana hücumu yox, özünümüdafiəsi olacaq”

09:54 11-10-2020 | icon 253 | Siyasət
“Bu, Azərbaycanın Ermənistana hücumu yox, özünümüdafiəsi olacaq”

Bəhruz Məhərrəmov: “BMT nizamnaməsinə, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan həmin nöqtələri vurmaq hüququnu özündə saxlayır”

 

Bu gün Rusiyanın Ermənistanın Qarabağda apardığı müharibəyə müdaxilə etməməsi və kənarda dayanması regionun əsas dövlətinin müsbət addımı kimi dəyərləndirilsə də, münaqişənin həlli missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq sərgilədiyi münasibət qeyri-ciddi, laqeyd yanaşma kimi qavranır. Bəllidir ki, Ermənistan heç bir hüquqa məhəl qoymadan Azərbaycanın bütün ərazilərinə bombalar yağdırır. Evlər dağılır, mülki insanlar qətlə yetirilir və bu münaqişə ilə bağlı məsuliyyət daşıyan həmsədr dövlətlər, beynəlxalq təşkilatlar susur, danışanda isə Azərbaycanı ittiham edirlər. Nəyə görə Azərbaycan insanları öz ərazilərində erməni bombaları ilə qətlə yetirilməlidir və nəyə görə beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Ermənistana qarşı təsir göstərməməlidir. Yaxud, Azərbaycan nə vaxta qədər öz sərhədini sadəcə müdafiə olunmaqla qorumalıdır. Əgər Ermənistan Azərbaycanın sərhədlərini pozursa, biz niyə əks-hücumla qəsbkar dövlətin cavabını verməməliyik. Əgər Rusiya KTMT-nin öhdəliklərini yada salaraq buna imkan verməyəcəksə, o zaman bizim düşmənə qaşı əks həmləmiz hansı hüquqla gerçəkləşməlidir?

 

Versus.Az xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov açıqlamasında Ermənistan ərazilərindən edilən atəşlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti birmənalı olaraq bildirib ki, BMT nizamnaməsinə, beynəlxalq hüquqa da uyğun olaraq, Azərbaycan həmin nöqtələri vurmaq hüququnu özündə saxlayır:

 

“Bilirsiz ki, Azərbaycan 30 ildir gözləyirdi. Bu 30 ildə biz zamanın, şəraitin yetişməsini gözlədik. Bu gün bu şərait yetişdi və Azərbaycan beynəlxalq ictimaiyyətin, BMT-nin etməli olduğu güc nümayişini özü etməli oldu. Azərbaycan təcavüzdən qorunmaq, əhalini müdafiə etmək üçün hücum əməliyyatları həyata keçirdi. Bu gün bütün cəbhə böyu üstünlük Azərbaycan ordusundadır. Bütün bunların fonunda müxtəlif istiqamətlərdə atılan atəşlərlə, müxtəlif təzyiqlərdən istifadə etməklə Azərbaycan ordusunun diqqətini əsas məqsəddən yayındırmağa çalışırlar. Azərbaycan ordusu bütün diqqətini ərazilərini işğaldan azad etmyə yönəldib”.

Millət vəkili qeyd edib ki, bütün bunlarla yanaşı bizim Ali Baş Komandanımız, hərbi strategiyamız var və düşmən bizə nə etməyimizi təlqin edə bilməz:

 

“Strategiyamızı özümüz seçirik və əmin ola bilərsiz ki,  Ermənistanın Azərbaycanda mülki əhaliyə qarşı atdığı silahların heç biri cavabsız qalmayacaq. Sadəcə prioritetlər var və bizim də el dilində belə bir söz var ki, “Qaçanı qovarlar”. İndiki halda bizim üçün prioritet Ermənistan ərazisindəki nöqtələr deyil, əslində o nöqtələr tükənmək üzrədir və bilirsiz ki, Tovuz döyüşlərində Azərbaycan Ermənistan ərazisindəki bu cür nöqtələrin bir neçəsini vurmuşdu. Hətta o zaman da Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana heç bir kömək etmədi. Əslində, Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan  dövlətlər Azərbaycana dəstək nümayiş etdiridi”.

 

B.Məmmədov bildirib ki, bu gün Rusiya mediasının yalan çıxışlarına baxıb Rusiya siyasətini müəyyənləşdirmək də lazım deyil. Onun fikrincə, Rusiya mediası dövlətin mövqeyi demək deyil:

 

“Dövlətin başında bir şəxs var və məsələlər o şəxslə də həllini tapacaq. Ona görə də bu məsələlərdə bir qədər səbrli olmalıyıq və dövlətin hərbi, siyasi addımlarına güvənməliyik. KTMT-nin nizamnaməsində incə bir məqam var. Orda yazılır ki, “KTMT-nın üzvünə təcavüz olarsa..”Azərbaycanın məqsədi təcavüz yox, təcavüzdən qorunmaqdır. Ona görə də bu, Azərbaycanın Ermənistana hücumu yox, özünün müdafiəsi olacaq. Hətta burda Azərbaycan başqa aqresiv münasibət göstərsə belə KTMT-nın bu prosesə qarışacağına inanmıram”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR