Xocalı və Gəncə hadisələrini eyniləşdirən türkiyəli aparıcı göz yaşlarını saxlaya bilmədi - VİDEO

18:42 11-10-2020 | icon 549 | KİV
Xocalı və Gəncə hadisələrini eyniləşdirən türkiyəli aparıcı göz yaşlarını saxlaya bilmədi - VİDEO

“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.

 

Bu sözləri Türkiyənin “Haber Global” kanalında erməni vandallığı ilə əlaqədar hazırlanan süjeti təqdim edən aparıcı deyib.

 

O, bununla bağlı kadrlar təqdim olunarkən göz yaşlarını saxlaya bilməyib.

 

Süjetdə bildirilir ki, Ermənistan ordusunun mülki şəxsləri ayrı-seçkilik etmədiyi hücumlarında uşaqlar hədəf alınır.

 

“Əslində bu, Azərbaycan üçün tanış ağrıdır… Bu foto 90-cı illərdə Birinci Dağlıq Qarabağ müharibəsində çəkilib. Xocalı soyqırımının baş verdiyi, bir milyondan artıq azərbaycanlının evini, obasını tərk etmək məcburiyyətində qaldığı o dönəmlərdə… Azərbaycanlı qız uşağının üzündə ağrı, üsyan və çarəsizlik var. Qucağında olan bələkdəki qardaşı onunla bərabər erməni zorakılığından qaçarkən belə  görüntülənmişdi”, - deyə kadrlardan bildirilir.

 

Süjet efirə verilərkən aparıcının əvvəlcə səsinin titrədiyi, sonra isə ağladığı eşidilir. Hətta kadrlar gedərkən studiyada bir müddət sakitçilik də yaranır. Sonra özünə gələn aparıcı Gəncədə çəkilən foto barədə danışmağa başlayır.

 

“Başından yaralanan uşaq Ermənistanın sivilləri hədəf alan hücumların son qurbanlarından biridir. İndi cavabı verilməli bir sual var: Dünya bu şiddətə daha nə qədər susacaq?”

 

“Haber Global”ın hazırladığı süjeti təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR