AFFA UEFA-ya şikayət edəcək

08:20 12-10-2020 | icon 475 | İdman
AFFA UEFA-ya şikayət edəcək

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Monteneqro – Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşım edib.
 

Versus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bununla bağlı narazılığını ifadə edib.


 
O, assosiasiyanın saytına verdiyi açıqlamada oktyabrın 10-dakı görüşdən sonrakı paylaşımla bağlı UEFA-ya şifahi məlumat verildiyini söyləyib:

 

“UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsada keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin görüşdə Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur - Miloş Draqoyeviç. Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib”.


 
Qeyd edək ki, qarşılaşma Monteneqronun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR