“Beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deməlidir”

16:25 13-10-2020 | icon 638 | Dünya
“Beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deməlidir”

Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu İsveç XİN başçısı Ann Linde ilə görüşdə Dağlıq Qarabağ məsələsinə toxunub.

 

Bu barədə Türkiyə XİN-in “Twitter” hesabında video yayımlanıb.

 

Çavuşoğlu Ermənistanın sentyabrda Tovuza, mülki şəxslərə hücumu barədə danışıb.

 

O qeyd edib ki, indiyə qədər danışıqların nəticəsiz qalması Ermənistanı ürəkləndirib:

 

“Moskvada humanitar atəşkəslə bağlı danışıqlarından sonra da Ermənistan azərbaycanlı mülki şəxsləri hədəf aldı. Çox sayda dinc sakin öldürüldü.

 

ATƏT-in Minsk qrupu həmsədrləri bu zamana qədər konkret addımlar atmadılar. Minsk qrupu olaraq görüş təşkil etməliyik. Minsk qrupu həmsədrləri indiyə kimi görülən işlər barədə hesabat təqdim etməlidirlər. Bu problemin tək yolunun Ermənistanın Azərbaycan torpaqlarından çıxması olduğunu dəfələrlə vurğulamışıq. Biz bütün şərtlərdə Azərbaycanın verdiyi qərarları dəstəkləyirik”.

 

Çavuşoğlu vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deyə müraciət etməlidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...