Muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək

15:21 05-09-2018 | icon 804 | Mədəniyyət
Muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək

Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, tədbirə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri qatılacaqlar.

 

Forumda Azərbaycanı mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

 

UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistanın Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə makom sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

 

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR