Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

14:34 23-10-2020 | icon 3050 | Mədəniyyət
Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

12 yaşlı qız dahi rəssam olmaq istəyir

 

Uşaqların rəsmlərini görməzdən gəlmək olmur. Hətta bu cür cəvahirləri gizlətməyə çalışsaq belə, mümkün deyil. Bəlkə də bu səbəbdəndir ki, məktəbdə müəllimlər kiçik siniflərdəki uşaqları rəsm çəkməyə təşviq etməlidirlər. Onların arasında olan gələcəyin dahi rəssamlarını zamanında kəşf etmək üçün. Elə bu dəfəki müsahibimiz Mehriban Yusifli kimi.

 

Mehribanın anası Aygül Məmmədova deyir ki, qızı 3 yaşından karandaşlara, albomlara maraq göstərib.

 

 

Mehribanın 12 yaşı var. Bakıda yaşayan Mehriban Binəqədi rayonu 297 saylı orta məktəbin beşinci sinif şagirdidir. Sosial şəbəkədə çəkdiyi fotoları ilə dillər əzbəri olan bu balaca istedadlı qızın arzularını öz dilindən eşidək.

 

Versus.Az 12 yaşlı istedadlı Mehriban Yusifli ilə müsahibəni təqdim edir:

 

 

- Rəsm çəkməyi kimdən öyrənmisən?

 

- Kiçik yaşlarımdan fotolara baxa-baxa rəsm çəkmişəm. Təbiət rəsmləri, portretlər çəkmişəm. Bilmirəm niyə, amma boş vaxtım olanda ağlıma ilk gələn qara qələm və rəsm albomum olur.

 

 

- İlk çəkdiyin rəsm hansı olub?

 

- Məktəbdə müəllim tapşırıq vermişdi. Su üzərində quş əks olunan təbiət rəsmi çəkməli idik. İlk dəfə çəkdiyim rəsm bu olub. Ondan sonra müəllimlərim də mənim yaxşı rəsm çəkdiyimi deməyə başladılar. Həmin rəsm, eləcə də digər bir neçə rəsmimi müəlliməm özündə saxlayıb.  

 

 

- Gələcəkdə rəsm sahəsində daha böyük uğurlar qazanmaq istərdin, yoxsa bu bir hobbidir?

 

 

- Xeyr, mən gələcəkdə tanınmış rəssam olmaq istəyirəm. Anama deyirəm ki, ən yaxşı universiteti qazanacam. Çəkdiyim rəsmləri toplayıb böyük sərgi keçirəcəm. Üzərimdə çalışıb, arzularıma çatacam.

 

 

- Çəkdiyin rəsmləri ilk kiminlə bölüşürsən, kimdən dəstək alırsan?

 

- Anamın fikirləri mənim üçün çox önəmlidir. Kənarda çəkdiyim rəsmlərə baxanda bəyənməsi mənə stimul verir. Hərdən bəzi rəsmlərimdə dəyişiklik etsəm daha qəşəng olar deyir. Mən də edirəm. Sonda baxıram ki, doğru deyir. Ailəm mənə dəstək olur.  

 

 

- Bu günə qədər çəkdiyin rəsmlərdən ibarət sərgi keçirmək istəyərsənmi?

 

- Bəli, istəyərəm.

 

 

Mehribanın anası Aygün xanım deyir ki, qızı Azərbaycan ordusuna dəstək olmaq üçün, şücaətli Azərbaycan əsgərinin rəsmini çəkib. /oxu.az/

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR