“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

14:51 23-10-2020 | icon 1242 | Mədəniyyət
“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

Nurəddin Mehdixanlı: “Bu paylaşımlar Azərbaycan əsgərinə olan sevgidən, sevinc hisslərindən yaranır, amma...”

 

“Bu gün Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan torpaqlarımızın işğaldan azad olunması prosesində istər diplomatiya, istər hərb sahəsində öz missiyasını çox uğurla yerinə yetirir. Ona görə də hansısa ekspertlərin, xarici diplomatların, siyasətçilərin nə deməsindən asılı olmayarq Ali Baş Komandan, Azərbaycan Ordusu işğal altında qalan torpaqlarının işğaldan azad olunması istiqamətində öz müqəddəs borcunu uğurla yerinə yetirir, öz sözünü deyir. İşğalçı Azərbaycan torpaqlarından son nəfərinə qədər çıxmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu xalq artisti Nurəddin Mehdixanlı müharibə gedən ərəfədə hansı çatışmazlıqların aradan qaldırılması və müharibəyə qarşı çağırışların nə qədər “humanist” hərəkət olması ilə bağlı sosial mediada aparılan müzakirələrlə bağlı açıqlamasında deyib.

 

N.Mehdixanlı bildirib ki, Ali Baş Komandan Azərbaycanın ədalətli, haqlı müharibəsi haqqında özünün qəti fikirlərini deyib:

 

“Ali Baş Komandan açıq şəkildə bəyan edib ki, Azərbaycan torpaqları son qarışına qədər işğaldan azad edilməyənə qədər heç bir danışıqlardan söz gedə bilməz. Bu gün möhkəm Ordu- Xalq birliyimiz var. Bundan sonra kimin nə deməsinin heç bir əhəmiyyəti yoxdur”.

 

Son döyüşlərdə əsasən hərbi hissələrdə, əsgərlərin yanında olduğunu, oradakı vəziyyəti yaxından izlədiyini deyən N.Mehdixanlı bəyan edib ki, Orduda yüksək əhval ruhiyyə var və igid əsgərlərimiz vətən uğrunda rəşadətlə savaşır:

 

“Odumuz öz işini qüsursuz şəkildə həyata keçirir. Hər bir detal yüksək səviyyədə ölçülüb-biçilir. Bu gün ölkə ictimaiyyəti, xalqımız, hər kəs öz işi ilə Orduya dəstək verir. Azərbaycan mediası ordunun yanndadır və hadisələri çevik, obyektiv olaraq işıqlandırır. Lakin narahat olduğum bir məsələni qeyd etmək istərdim. Xahiş edərdim ki, insanlarımız orduda hansısa əməliyyatları həyata keçirən əsgərlərimizin videogörüntülərini, şəkillərini paylaşmasınlar. Bu paylaşımlar həmin əsgərlərimiz üçün təhlükəlidir. Bilirik ki, bu paylaşımlar Azərbaycan əsgərinə sevgidən, sevinc hisslərindən yaranır. Amma xahiş edirəm ki, belə paylaşımlar etməyin. Bilin ki, Azərbaycan Ordusu uğurla irəliləyir, qələbə bizimlədir”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR