“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

15:31 24-10-2020 | icon 706 | Siyasət
“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Elşad Musayev: “Bunlara heç bir milli muxtariyyət, heç bir birgəyaşayış şansı tanımaq olmaz”

 

“Məğlubiyyətin bir addımlığındadırlar, yenə həyasız iddialarından bircə addım belə çəkinməyiblər. Bu qədər məkirli, həyasız millət olmaz. Bunlara heç bir milli muxtariyyət, heç bir birgəyaşayış şansı tanımaq olmaz. Sona qədər döyüşüb bütün torpaqları azad etməli və Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

 

Versus.Az xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Ermənistanın ABŞ-da olan Xarici İşlər naziri Mnasakanyan CNN- ə qəzəb, kin, şüvən dolu müsahibəsi ilə bağlı açıqlamasında bildirib.

 

“Ermənistanın ABŞ-da olan Xarici İşlər naziri Mnasakanyan CNN-ə müsahibəsində Ermənistanı, Paşinyanı, erməniləri sülhsevər, kompromis tərəfdarı, Azərbaycanı, İlham Əliyevi, azərbaycanlıları isə işğalçı kimi təqdim etdi. Həyasızcasına bütün dünyanı ittiham etdi ki, heç kim erməni xalqının haqq səsini eşitmir, ermənilərə kömək etmir. Aparıcı təəccüblənərək dedi ki, CNN kimi beynəlxalq səviyyəli kanalda çıxış edirsiniz, sizə bu şərait yaradılıb dünyaya sözünüzü deyirsiniz, bu kömək deyilmi və siz Dağlıq Qarabağda yaşayan ermənilərə nə istəyirsiniz? Mnasakanyan açıq-aşkar bəyan etdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratlarının təyin etmə hüququnu reallaşdırmaq istəyir, dünya susur, Ermənistan da ermənilərin bu demokratik tələblərinə dəstək verir”.

 

E.Musayev hesab edir ki, Ermənistan həyasız iddialarından əl çəkmir və onlara heç bir milli muxtariyyət, heç bir birgəyaşayış şansı tanımaq olmaz.

 

Partiya sədri eyni zamanda bildirib ki, Ermənistan prezidenti Sarkisyanın ermənilərlə azərbaycanlıların birgə yaşamalarını mümkünsüz hesab etdiyini və səbəbini də azərbaycanlılara etibar etmədikləri ilə əsaslandırıb:

 

“Həyasızlığın həddinə bax, dünya bunlara etibarsız deyir, bunlar da bizə... ABŞ-ın Dövlət katibi Pompeo Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüb. Tramp da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda çox yaxşı irəliləyiş var”-bəyanatını verib. Bununla da ABŞ bir növ seçki öncəsi öz varlığını nümayiş etdirib və gedin probleminizi özünüz həll edin- deyərək gərgin prezident seçkiləri prosesinə qayıdıb.

Ermənistanın Müdafiə nazirinin Azərbaycan ərazisinə keçərək Laçın istiqamətində müdafiəni təşkil edəcəyi söylənilir. Onu qanına qəltan eləmək Azərbaycan əsgərinin haqqı və borcudur. Az qaldı. Son və həlledici döyüşlərə gedirik. Allah əsgərlərimizi qorusun!”

 

E.Musayev bildirib ki, düşmənə heç bir aman, güzəşt etmədən Azərbaycan əsgərinin gücü ilə ədaləti bərpa etməliyik. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR