“Onlar Azərbaycan Prezidenti ilə müsahibələrini hələ çox müzakirə və müqaisə edəcəklər”

14:51 26-10-2020 | icon 512 | Siyasət
“Onlar Azərbaycan Prezidenti ilə müsahibələrini hələ çox müzakirə və müqaisə edəcəklər”

Könül İsmayılova: “Bu ölkələrin kor-koranə tərəfini saxladıqları Ermənistana görə dilləri gödəkdir”

 

“Xarici telekanalların jurnalistləri nə qədər radikal suallar versələr də cənab Prezident İlham Əliyev çox sakit və bir az da istehzalı təbəssümü ilə bütün suallara tutarlı cavablar verir. Onun soyuqqanlığını itirməməsi, və yerində olan cavabları həmin jurnalistlərin nitqini qurudurdu”.

 

Bunu Versus.Az-a Azərbaycan Prezidenti İlham Əliyevin ard-arda xarici telejurnalistlərə verdiyi müsahibələrlə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

MMP sədr müavini qeyd edib ki, ölkə başçısı bu müsahibələri ilə Azərbaycanın yalnız hərbdə deyil, informasiya məkanında da qalib olduğunu göstərmiş oldu:

 

“Yalnız qardaş Türkiyədən olan telekanalların jurnalistləri sualları verərkən əsl jurnalist kimi mövqe göstərmədən dünyanın maraqlarında olan sualar verirdi. Digər telekanalların jurnalistləri isə sanki mənsub olduqları dövlətin prezidentlərinin suallarını səsləndirirdilər. Amma İlham Əliyev sanki belə bir sualların veriləcəyini əvvəlcədən bilirmiş kimi faktlar, səbəblər gətirərək cavab verirdi. Və o jurnalistlər də qandılar ki, qarşılarındakı Ermənistanın hansısa savadsız, heç bir dili mükəmməl bilməyən, əlində danışdığı nağılları sübut edəcək faktı olmayan Paşinyan deyil. Onlar cənab Prezidentlə müsahibələrini hələ çox müzakirə və müqaisə edəcəklər”.

 

Siyasətçi xanım qeyd edib ki, ölkə başçısının xalqa müraciətində Ermənistanın Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilən, məhv edilən silah və döyüş texnikasının sayını diqqətə çatdırması həm də düşməni himayə edənlərə ünvanlanan və cavabı gözlənilən sualdır:

 

“Bütün dünya bilir ki, Ermənistanın iqtisadi vəziyyəti sıfıra bərabərdir. Buna görə də İlham Əliyevin haqlı olaraq “bəs bu qədər döyüş texniksı Ermənistanda hardandır” sualını verir. Ermənistanın himayədarları isə susurlar. Təbii ki, susacaqlar, dəstəkçi olduqlarını açıq şəkildə bəyan etmiyəcəklər ki... Haqlı tərəf Azərbaycan olduğu üçün bu ölkələrin kor-koranə tərəfini saxladıqları Ermənistana görə dilləri gödəkdir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR