“Ermənilərin siyasiləri və ziyalıları erməni-azərbaycanlı birgəyaşayış mümkünlüyündən danışmır”

17:59 26-10-2020 | icon 337 | Siyasət
“Ermənilərin siyasiləri və ziyalıları erməni-azərbaycanlı birgəyaşayış mümkünlüyündən danışmır”

Elşad Musayev: “Ermənistan Azərbaycanla Türkiyəyə kin, nifrət, ölüm püskürür”

 

“Ermənilərin nazı ilə oynamağın dövrü bitdi. Qarabağı azad edəcəyik, ərazilərimizə vurduqları zərbəyə də min qat artıqlamasıyla cavab verəcəyik. Başqa yolu yoxdur. Terror sərt tədbirlərdən qorxur. Biz də bu terror dövlətini zorla susduracağıq...”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev beynəlxalq təşkilatların atəşkəs cəhdlərinə adekvat çıxışlar edən bəzi siyasətçilərin, aydınların “birgəyaşayışdan, muxtariyyatdan” danışması və sosial sferada buna qarşı aparlan müzakirələrlə bağlı açıqlamasında bildirib.

 

E.Musayev bildirib ki, heç kəs bundan sonra insanlarımızı Rusiya və ya başqa bir ölkənin müdaxiləsi ilə qorxutmasın. Partiya sədri eyni zamanda hesab edir ki, müharibənin bu gərgin və həlledici məqamında, hər gün şəhid verdiyimiz zamanda kimlərinsə Roma papasından da artıq “katoliklik” etməsinə gərək yoxdur:

 

“Erməni siyasəti düşünüldüyü kimi qəliz deyil. Sadəcə heç bir millət və dövlət öz məqsədinə çatmaq üçün bunlar qədər alçalmağı, yalanı, həyasızlığı, şüvəni, böhtanı özünə rəva görmür, özünün milli və dövlət siyasətinə çevirmir. Ermənilər özlərinə yalançı tarix düzəldir, tarixçilərimiz faktlarla bu yalançı tarixi darmadağın edirlər, bunlar yenə tutuquşu kimi dediklərini təkrar edirlər. Yalan və böhtan həyasızcasına o qədər şişirdilir ki, istənilən sadəlövh adam bunların tələsinə düşüb yalanlarına inanar. Daxili auditoriyalarına Qvatemalanın hansısa şəhərciyinin qondarma “Arsax”ın müstəqilliyini tanımasını böyük diplomatik qələbə kimi qəbul etdirir, Gəncəni, digər ərazilərimizi ballistik raketlə vurduqlarını Azərbaycanın guya Xankəndini, Şusanı, Xocavəndi həmin tipli raketlə vurduğuna cavab kimi təqdim edirlər. Ermənilər özlərinin min illərlə bu bölgənin köklü sakinləri olduğunu bildirir, Azərbaycanın isə yalnız 1918-ci ildə Rusiya imperiyasının dağılması nəticəsində dövlət qurduğunu bütün dünyaya car çəkirlər. Bunu Fransada erməni prezidenti Sarkisyan da, Vaşinqtonda xarici işlər naziri Mnasakanyan da, Rusiya tele-kanallarında Bağdasaryan və digər ermənilər də deyirlər. Bunu özü-özünü aldadan bütövlükdə erməni cəmiyyəti də deyir”.

 

Partiya sədri bildirib ki, ermənilərin siyasiləri, ziyalıları qətiyyən erməni-azərbaycanlı dostluğundan, birgəyaşayışın mümkünlüyündən danışmırlar:

 

“Trampı, Putini açıq-aşkar ittiham edirlər, həm qərbdən, həm Rusiyadan umduqlarını zorla, yalvarmaqla, yeri gələndə aşırı həyasızlıqla almağa çalışırlar. Ermənistan Azərbaycanla Türkiyəyə kin, nifrət, ölüm püskürür. Müharibəni dayandırmaq üçün bir tərəfdən bütün dünyaya yalvarır, atəşkəs edilir, lakin o biri tərəfdən də heç bir iddialarından geri çəkilmir, atəşkəsə əməl etmirlər və sonadək müharibə aparacaqlarını bəyan edirlər. Lakin Azərbaycan Ordusu rəşadətlə öz torpaqları uğrunda savaşır və torpaqları azad edir.

Qarabağ Azərbaycandır!”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı