“Azərbaycan torpaqlarını tam işğaldan azad etməlidir”

22:33 26-10-2020 | icon 742 | Geopolitika
“Azərbaycan torpaqlarını tam işğaldan azad etməlidir”

Hasan Oqtay: “Azərbaycanın qəti şəkildə qələbə çalması lazımdır”

 

“Ermənistan tərəfi Azərbaycana qarşı hərbi təxribatlar edərkən hadisələrin bu cür inkişafını gözləmirdi”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin  Beynəlxalq "VİZYON" Universitetinin doktoru, politoloq Hasan Oqtay Azərbaycanda gedən müharibədə Türkiyənin də danışıqlar masasına cəlb olunması ehtimalı və regionla bağlı son gözləntilər ətrafında şərhində bildirib.

 

H.Oqtay bildirib ki, sentyabrın 27-də Azərbaycanın erməni hərbi təxribatlarına qarşı əks-hücumundan sonra bugünkü müharibə  reallaşdı. Politoloq hesab edir ki, Ermənistanın hərbi təxribatları siyasi hakimiyyət uğrunda gedən mübarizənin ifadəsi idi. Onun fikrincə, Ermənistandakı Paşinyan hökumətinin Rusiya siyasətindən imtina edərək qərb dünyasına inteqrasiya etməsi Ermənistanın işinə yaramadı:

 

“Ermənistanda Paşinyan hökumətini gücləndirmək, onu qalıcı hala gətirmək üçün müharibəyə ehtiyacları var idi. Əgər bu Azərbaycan işini yarımçıq qoyub işğala məruz qalan 7 rayonu azad etməsəydi bunun ciddi mənfi nəticələri olardı”.

 

H.Oqtay hesab edir ki, müharibə Azərbaycan ərazisində keçsə də, Azərbaycan Dağlıq Qarabağ mövzusunda daha ehtiyatlı davranır və bölgəni və Qarabağı işğaldan azad edəndən sonra növbəti mərhələdə danışıqlara başlamağı düşünür.

 

Politoloq bildirib ki, bu əməliyyat Azərbaycanı BMT, ABŞ və Rusiya qarşısında gücləndirib. Bu taktika və strategiya Ermənistanın dünya ictimai rəyində inkişaf etdirməyə çalışdığı təbliğatı da neytrallaşdırır:

 

“Paşinyan bu müharibəni öz hakimiyyətini Köçəryan, Sarkisyan komandasından qurtarmaq üçün davam etdirir. Ancaq daha çox hakimiyyətini qalıcı hala gətirməyə çalışır. Ermənistana hücum ediləcəyi təqdirdə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsini aktivləşdirəcəyini elan etməsi Azərbaycanı öz ərazisində sərbəst əməliyyatlar aparması üçün arxayınlaşdırıb. Ermənistan isə Azərbaycana mübahisəli ərazilər xaricində, xüsusən də Gəncəyə hücumla İrəvana atəşlə cavab verməsini istəyirdi”.

 

Politoloq hesab edir ki, bu taktika və strategiya oyunlarında Azərbaycan işğal olunmuş ərazilərini təxribata getmədən, beynəlxalq hüquqa söykənərək işğaldan azad etməyə qalxıb:

 

“ABŞ seçkilərindən əvvəl xarici işlər nazirlərinin ABŞ-dakı danışıqlarından aydın bir nəticənin meydana çıxmaması ona əsas verir ki, Azərbaycan vaxt itirmədən 3 noyabradək torpaqlarını işğaldan azad etməli və  bütün işğalı ortadan qaldırandan sonra sülh masasına oturmalıdır. Azərbaycanın qəti şəkildə qələbə çalması lazımdır. Bundan sonra zatən masada kimin olub-olmamasının heç bir əhəmiyyəti olmayacaq”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı