"Düşmənin ərazilərimizdə 30 ilə qurduğu istehkamları 30 günə dağıtdıq"

13:28 28-10-2020 | icon 461 | Siyasət
"Düşmənin ərazilərimizdə 30 ilə qurduğu istehkamları 30 günə dağıtdıq"

Əlisahib Hüseynov: "Xalqımız sözün əsl mənasında möhtəşəm birlik və vəhdət nümayiş etdirdi"

 
 
"Düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-həmlə əməliyyatından bir ay keçir. Sentyabrın 27-dən keçən bu müddət ərzində Şanlı Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 4 rayonu, bir neçə qəsəbəni, 150-yə yaxın kəndi, eləcə də bir çox mühüm strateji yüksəklikləri düşməndən azad edib. Düşmən tərəf güclü zərbə alıb, çoxlu sayda canlı itki verib, saysız-hesabsız hərbi texnika və silah-sursat itirib. Eləcə də istər Ermənistanın silahlı qüvvələri, istərsə də bütövlükdə erməni xalqı mənəvi-psixoloji cəhətdən sarsılıb".
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd edib ki, Azərbaycan bu 30 gün ərzində düşmənin 30 il ərzində qurduğu istehkamları da, təmas xəttini də, status-kvonu da darmadağın edib:
 
 
"Hazırda cəbhənin bütün istiqamətlərində vəziyyətə nəzarət baxımından üstünlük Azərbaycanın tərəfindədir. Eyni zamanda işğalda qalan digər ərazilərimizin də azad edilməsi üçün Ordumuz tərəfindən lazımi zəruri tədbirlər görülür.
 
İndi Ordumuzla bərabər diplomatiyamız da fəal iş aparır. Eləcə də cəmiyyətimizdə də güclü mənəvi ruh yüksəkliyi və həmrəylik hissi hökm sürür. Bir sözlə, xalqımız bu günlərdə sözün əsl mənasında möhtəşəm birlik və vəhdət nümayiş etdirdi.
 
Mən bu qısa zaman kəsiyində əldə olunan uğurlara, zəfərlərə görə bir daha Ali Baş Komandanımızı və bütün hərbçilərimizi təbrik edirəm!
 
İnşAllah qarşıda bizi böyük Qələbə gözləyir. Allah Azərbaycan Ordusuna Yar olsun! Bayrağımız tezliklə Şuşada, Xankəndində dalğalansın!
Qarabağ Azərbaycandır!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR