MHP-dən ETİRAZ

13:50 29-10-2020 | icon 337 | Siyasət
MHP-dən ETİRAZ

Əlisahib Hüseynov: "BMT-dən, ATƏT-dən işğalçı ölkənin nazıyla oynamaq siyasətindən əl çəkməyi tələb edirik"

 

"Düşmən ölkə növbəti dəfə öz terrorçu və faşist mahiyyətini ortaya qoydu. Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması və bunun nəticəsində 21 nəfərdən çox soydaşımızın həyatını itirməsi, 70 nəfərdən çox mülki insanlarımızın xəsarət alması, yaralanması bir daha Ermənistan dövlətinin azğınlığını, barbarlığını göstərir".

 
 
Versus.Az xəbər verir ki, bunu oktyabrın 28-də Ermənistanın Azərbaycanın Bərdə rayonuna raket zərbəsi endirməsi, bununla da müharibə cinayəti törətməsi ilə bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri bildirib ki, bu ölkə nə adi insanlıq dəyərləri, nə də ki Cenevrə Konvensiyalarının tələbləri, beynəlxalq hüququn normaları ilə qətiyyən hesablaşmır:
 
 
"Ermənistan özünü normal dövlət kimi deyil, açıq-aşkar terrorçu qurum kimi aparmaqla beynəlxalq hüququ ayaqlar altına atır, dünya birliyinə qarşı saymazyana davranır. Lakin ən təəccüblüsü də budur ki, dünya birliyi, BMT, UNİCEF kimi mötəbər təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan adlı terrorçu "dövlət"in vandalizm və soyqırım təşəbbüslərinə şübhəli şəkildə susur. Əgər eyni addımları Azərbaycan Ermənistana qarşı atmış olsaydı, "dünya birliyi" dediyimiz həmin o kar və kor qüvvə indi Azərbaycana qarşı rəsmən "səlib yürüşü" təşkil edərdi. Deməli, günümüzün dünya reallıqlarında beynəlxalq hüququn normaları yox, "ikili standart"lar hökmranlıq edir".
 
 
Əlisahib Hüseynov MHP olaraq bu cür ikibaşlı davranışlara, ədalətsiz siyasətə və terrorçu ölkənin cəzasız qalmasına qəti şəkildə etiraz etdiklərini vurğulayıb:
 
 
"Biz BMT-dən, ATƏT-dən işğalçı ölkənin nazıyla oynamaq siyasətindən əl çəkməyi tələb edirik. Biz Ermənistanın uşaqları qətlə yetirən ölkə kimi ifşa edilməsini və məsuliyyətə cəlb olunmasını tələb edirik. Biz beynəlxalq təşkilatlardan, super dövlətlərdən beynəlxalq hüquqa hörmətlə yanaşmağı tələb edirik. Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik. Haqqın, ədalətin yanında olmağınızın vaxtı çoxdan yetişib, cənablar! Azərbaycan xalqının haqq səsini eşitmək sizin birbaşa vəzifəniz,borcunuzdur. Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!"
 
 
MHP sədri bəyan edib ki, heç bir terrorçu "dövlət", heç bir raket atəşləri Azərbaycan Ordusunun qarşısını ala bilməz, Ali Baş Komandanın əzmini sarsıda bilməz:
 
 
"Azərbaycan xalqı öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bu bizim təbii, tarixi haqq və hüququmuzdur. Siz də bizim bu haqq və hüququmuzla hesablaşmalısınız! Siz işğalçı ölkənin yanında yox, torpaqları işğala məruz qalan xalqın yanında yer almalısınız. Elə isə buyurun, ədalətliliyinizi göstərin! Qarabağ məsələsinin həllində vicdanlı mövqe tutun!"
 
 
Ə.Hüseynov böyük üzüntü hissi ilə Bərdə soyqırımı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib:
 
 
"Həyatını itirənlərə Allahdan rəhmət diləyr, onların ailə üzvlərinə başsağlığı verirəm. Yaralanmış soydaşlarımıza da tez sağalmalarını arzu edirəm!
 
Millətimizin baş sağ olsun! Allah Ordumuza və Dövlətimizə qüvvət versin!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR