“Azərbaycan Qarabağla bağlı danışıqlardan imtina etməlidir”

09:34 30-10-2020 | icon 321 | Siyasət
“Azərbaycan Qarabağla bağlı danışıqlardan imtina etməlidir”

Sərdar Cəlaloğlu: “Azərbaycan Ermənistan hökumətini beynəlxalq məhkəməyə verməlidir”

 

Ermənistan hakimiyyətinin Bərdəyə atdığı raket zərbəsindən- hərbi cinayətindən sonra Cenevrə görüşünün hansısa əhəmiyyətə malik olacağı birmənalı qəbul olunmur. ATƏT-in Minsk Qrupu dövlətləri Ermənistanın Azərbaycanda törətdiyi hərbi cinayətlərinə, mülki insanların qətlinə göz yumduğu halda Cenevrədə nəyə nail olmağa çalışırlar?

 

Versus.Az xəbər verir ki, məsələni şərh edən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Dağlıq Qarabağla bağlı hər hansı bir görüşlər və danışığın aparılması Azərbaycanın suverenlik hüququnun pozulması və xarici dövlətlərin Azərbaycanın daxili işinə qarışması deməkdir. Ona görə də biz birmənalı şəkildə danışıqların Azərbaycan-Ermənistan arasında münasibətlərin yoluna qoyulması predmeti əsasında aparılmasının tərəfdarı olduğumuzu bildirməliyik. Hər hansı bir görüşdə Qarabağın adı çəkiləcəksə, xarici işlər naziri dərhal oranı tərk etməlidir.

 

S.Cəlaloğlu Ermənistanın Azərbaycana raket zərbələrini regionda Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək məqsədi daşıdığını bildirib:

 

“Paşinyan çox ciddi bir tapşıqıq alb. Məqsəd Rusiyanı mümkün qədər Türkiyə ilə toqquşdurmaq, nəticədə hər iki dövlətin zəifləməsinə nail olmaqdır. Bu da Fransanın mövqeyinə uyğun gəldiyinə görə, bu məsələdə ən radikal mövqedə çıxış edən elə Fransadır. Bu güclər Qarabağda məqsədlərinin alınmadığını görüb, Rusiyada erməni muxtariyyatının yaradılması ideyasını ortaya ataraq orda da bir gərginlik yaratmaq istəyirlər. Yəni bu proseslərin başında Rusiyanı oyuna qatıb məhv eləmək siyasəti durur. Rusiya bunu çox yaxşı anlayır. Rusiya siyasətçiləri də çox yaxşı anlayırlar ki, məqsəd Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoyub hər iki dövləti zəiflətmək və imperialist qüvvələrin bu bölgədə təsirini artırmaqdır, Ermənistan da bu prosesdə alət kimi istifadə edilir. Ona görə də Rusiya bu məsələdə təmkinli davranır. Ermənilər də ona görə Rusiyaya hücuma keçiblər. Bu gün regionda vəziyyətin gərginləşdirilməsi buna xidmət edir və Qarabağ müharibəsini alovlandırma imperialist qüvvələrin əlində kiçik vasitələrdən biridir”.

 

S.Cəlaloğlu bu gün Ermənistanın Azərbaycanın mühaibə getməyən rayonlarını raket zərbələri ilə dağıtmasını, mülki əhalini öldürməsini Cenevrə konvensiyasının kobud surətdə pozulması kimi dəyərləndirib:

 

“Azərbaycan Ermənistan hökumətini beynəlxalq məhkəməyə verməlidir. Çünki Ermənistan müharibəni hərb qaydalarına uyğun olaraq aparmır. Beynəlxalq konvensiyaya görə müharibə edən dövlətlər müharibə zonasıında olan dinc əhalinin təhlükəsizliyini təmin etməlidir. Halbu ki, ermənilər müharibə bölgəsində olmayan mülki insanlarımızı raket zərbələri ilə düşünülmüş şəkildə öldürür. Bu, beynəlxalq cinayətdir və Azərbaycan Ermənistanı buna görə məhkəməyə verməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR