Oleq Krapivin Azərbaycan ordusuna 20 min dollar yardım etdi

13:58 30-10-2020 | icon 269 | Cəmiyyət
Oleq Krapivin Azərbaycan ordusuna 20 min dollar yardım etdi

Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.

 

Versus.Az xəbər verir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.

 

Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.

 

Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb.

 

Onun köməyi ilə “Vətən” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.

 

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adını verib. /Qafqazinfo/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI